Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-179/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsində müəllim işləyən, İmişli şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 19 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 07 oktyabr 2024-cü ildə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Tam Store” marketin yaxınlığında hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında onunla eyni zolaqda hərəkətdə olan sürücü X1 idarə etdiyi “Toyota Rav-4” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, sonuncu avtomobil isə qarşısında olan sürücü X3 idarə etdiyi “Chevrolet Spark LT AT” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuş və toqquşma nəticəsində “Opel Astra” markalı avtomobilin sərnişini olan Zərərçəkmiş şəxs qaşarası və sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətinin alması ilə nəticələnən ehtiyatsızlıqdan zəncirvari yol nəqliyyat hadisəsini törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmış və idarənin təhqiqatçısı, polis mayoru X6 tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsini törətməkdə özünü təqsirli bilərək himayəsində 02 yetkinlik yaşına çatmayan övladının olmasını və zərərçəkmiş şəxsin öz qohumu olduğunu və onunla barışdığını nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs özündə bəzi psixi problemlərin, yəni “panik atak” olduğunu və həmin an özünü idarə etdmək ixtiyarının olmadığını, qeyd olunan gün də xəstəxanadan geri dönən zaman yenidən həmin hala düşməsini və o anda Şəxs onu sakitləşdirmək istəyən zaman idarəetməni itirərək qarşıda olan avtomobillə toqquşduğunu bildirdi. Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 aprel 2017-ci il tarixli, AE seriyalı, 813330 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «BD» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Yol Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPİ-nin DYPŞ-si vasitəsilə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübə və X5 rayon şöbəsinin 24 oktyabr 2024-cü il tarixli, 2362 nömrəli rəyinə əsasən 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qaşarası və sol qaş nahiyəsinin əzilmiş-cızılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər: qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 07 oktyabr 2024-cü il tarixli, 2/55342 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-179/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-179/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver