Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1791/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ118463 nömrəli, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ118463 nömrəli, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və şikayəti xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-ın Baş Dövlət Yol Polisi İdarəsi istifadəsində olmuş 10FG399 dövlət nömrə nişanlı avtomobilə görə 2018-ci ildən 2022-ci ilədək 31 (otuz bir) İXHEQ-lar qəbul etmiş Xocavənd RPŞ-nə göndərmişdir. 2023-cü ılin may ayının 15-də həmin İXHKQ-rı Sumayıt İnzibati Məhkəməsi vasitəsi ilə əldə etmiş və xx.xx.2023-cü ildə İXİİf.Q-dan şikayəti Abşeron rayon məhkəməsinə təqdim etmişdir. Məhkəmə (hakim:S.Quliyeva) xx.xx.2023-cü ildə,3(012)- 8.И2023 savlı qərardadla İXHBQ-ın alınma tarixi göstərilmədiyinə görə şikayətimi geri qaytarmışdır. Həmin sənədləri və məktubu xx.xx.2023-cü ildə almış və yenidən şikayətimi məhkəməyə təqdim elmişdir. Sumqayıt İnzibati Məhkəməsinin hakimi Cənab C.Məmmədovun inzibati iş üzrə qəbul etdiyi qərardadını,sərəncamını və arayışını şikayəti əlavə etmişdir. Bununla belə məhkəmə müddətin ötürülməsini əsas gətirərək yenidən sənədləri geri qaytarmışdır. Lakin C.Səfiyevanın qərardadlarını və sənədləri xx.xx.2023 il tarixdə almış və yenidən məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki,İXHEQ-rı 3-4 və hətta 5 il sonra əldə etmişdir. Daha dəqiq məhkəmə zorla-sorğular vermək yolu ilə almışdır,Qanunvericiliyin tələblərinə görə bütün EQ-ar ləğv edilməli başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ118463 nömrəli, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ8083129 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçi vəsatətini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ118463 nömrəli, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1791/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1791/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver