Məhkəmə qərarları › İş №3(012)-1794/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1794/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1794/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın Mehdiabad PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçəsi Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-dən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs məxsus olan 460 manat dəyərində olan mobil telefonunu talayaraq 50 manata satmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməlini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. Lakin əri vəfat etdikdən sonra qayınanası ilə münasibətlərində soyuqluq əmələ gəlmişdir. Zərərçəkmiş şəxs bəzi əşyaları onun yaşadığı evdə olsa da, birlikdə yaşamırlar. Bir neçə ay əvvəl qayınanası Həqiqət Vəliyevə onun yaşadığı evə gəlmiş, həmin vaxt evdən çıxdıqda liftin yanında mobil telefon görərək götürmüşdür. Sonra qayınanası qonşu evə gedərək qonşu ilə birlikdə qayıtmış və qonşudan nə olmasını soruşduqda cavab vermişdir ki, Həqiqət əşyalarını aparmağa gəlmiş və mobil telefonunu itirmişdir. Həmin vaxt tapdığı telefonun qayınanasına məxsus olmasını bilmiş, telefonu açmağa çalışsa da, bacarmamış və sonra həmin telefonu tiktokda tanış olduğu Səddam adlı şəxsə satmışdır. Sonda o, etdiyi əməldən peşman olduğunu, belə halların bir daha baş verməsinə yol verməyəcəyini, himayəsində azyaşlı uşaqlarının olduğunu və 3-cü qrup əlil olduğunu əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, gəlini Şəxs 2013-cü ildə onun vəfat etmiş oğlu Elvin Səfərovla ailə həyatı qurmuş, iki övladı olmuşdur. 2017-ci ildə oğlu vəfat etdikdən sonra gəlini ilə münasibətlərində soyuqluq yaranmışdır. Səbəb isə gəlininin məcburi köçkünlər üçün nəzərdə tutulmuş evi satmaq istəməsi olmuşdur. Lakin onun evi satması ilə razılaşmadığı üçün aralarında mübahisələr yaranmışdır. Oğlu vəfat etdikdən sonra gəlini ilə 8 ay birlikdə yaşamış, təxminən bir neçə ay əvvəl nəvələrinə baş çəkmək və evdən özünə məxsus əşyaları götürmək üçün gəlininin yaşadığı ünvana getmiş, əlində olan eynəyi, açarları və Redmi markalı mobil telefonunu yataq otağında masanın üzərinə qoymuşdur. Sonra əşyalarını yığıb getmək istəyən zaman açarlar və eynək qoyduğu yerdə olsa da, mobil telefonunu tapa bilməmişdir. Bundan sonra mobil telefonu axtarmağa başlamış və Güneldən başqa qonşuları da çağıraraq telefonu axtarsalar da tapa bilməmişlər. Sonra qərara gəlmişdir ki, bu barədə polisə müraciət etsin. Bu barədə polis bölməsində telefonun itməsi ilə bağlı ərizə yazmışdır. Təxminən bir aydan sonra məlum olmuşdur ki, mobil telefon gəlini Günel tərəfindən oğurlanaraq sosial şəbəkədə tanış olduğu Səddam adlı şəxsə 50 manata satmışdır. Polisin təşəbbüsü ilə telefon ona geri qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin 3cü qrup əlil olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 186 saylı vəsiqədən görünür ki, X5 3-cü qrup əlildir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən X4 törətdiyi əməldən səmimi peşman olması, himayəsində azyaşlı uşaqlarının olduğunu və 3-cü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasındanəzərdə tutulanictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cimaddəsi ilə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar