Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1794/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, Abşeron RPİ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək, Abşeron RPİ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqlnda iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsinə əsasən, X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə evinin yaxınlığında məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş əraziyə yaxınlaşmış, zibil yeşiklərinin dolu olduğunu və ətrafına məişət tullantılarının töküldüyünü görüb, əlində olan sellofan torbada olan məişət tullantılarını həmin yeşiklərin yanına qoymuşdur. Bundan sonra ona polis əməkdaşı yaxınlaşmış, hərəkətinin inzibati xəta olduğunu izah etmiş və protokol tərtib ediləcəyini bildirmişdir. O, mövcud vəziyyəti izah etmiş və göstərmişdir ki, zibil yeşiklərində yer olmadığı üçün və ətraf məişət tullantıları ilə dolu olduğu üçün, həmçinin ərazi hər gün təmizləndiyi üçün o məcbur qalaraq belə hərəkətə yol vermişdir. Lakin buna baxmayaraq polis əməkdaşı mövcud vəziyyəti qiymətləndirməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərarın əsassız olduğunu və məhkəmədən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 14 iyul 2025-ci il tarixdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin taqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xatanın olub-olmamasını, inzibati xətal törədən şəxsin təqsirini və işin düzgün halli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi hər cür faktik malumatlar inzibati xətalar haqqında işlar üzrə sübutlar sayılır. Bu malumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şexsin. zarar çəkmiş şaxsın, şahidlarin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyati orqanının müayyan etdiyi orqanın (qurtumin) informasiya sisteminda, habela digar dovlat informasiya sistemlarinda (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digar protokollarla müəyyən edilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir Şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatla yanaşı həmçinin iş materillarına əlavə edilmiş materiallardan da müəyyən edilir ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tələbləri pozulmuşdur, Belə ki, məişət tullantıları üçün nəzərdə tutulmuş urnaların dolu olması və ətrafa məişət tullantılarının tökülməsi digər şəxslərin də eyni hərəkətlərə yol vermələrinə haqq qazandıra bilməz və həmin hal inzibati xətanı istisna kimi dəyərləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 Abşeron RPİ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, EPQ ******* saylı qərarı ilə razılaşmadığı barədə göstərdiyi xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi və inzibati xətanı istisna edən hal üçün əsas ola bilməz. Buna görə də X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilməsin. Abşeron RPİ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1794/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1794/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver