Məhkəmə qərarları › İş №3(012)-1796/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1796/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1796/2021 19.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X10 oğlu tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X4 bildirdi ki, Şəxs 16.10.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Olimp MTK-nın yaxınlığında yerləşən evdə arvadı X6 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, arvadı Mərcan ilə 2017-ci il tarixdə ailə qurmuşdur, həmin nigahdan 2 övladı var. Mərcanı döyməmişdir, yüksək səslə danışdığı üçün Mərcan ondan qorxur. Həmin vaxt onların arasında sözlə də mübahisə olmuşdur. Sonda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsindən görünür ki, Şəxs ilə, ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Bir müddətdir ki, Araz ilə münasibətləri pozulmuşdur. Buna görə də aralarında tez-tez mübahisələri baş verir, Araz onu döyür, hədələyir və bu səbəbdən də aralarında narazılıqlar olur. 16.10.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadıqları Xırdalan şəhərində yerləşən evlərində olarkən Araz ilə aralarında mübahisə yarandığını və həmin vaxt Arazın onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarət yetirdiyini qeyd etmişdir. Həmin vaxt qayınatası X9 bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş mübahisə zamanı yanlarında başqa şəxsin olmadığını, mübahisənin 3-5 dəqiqə davam etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin atası X9 bildirdi ki, oğlu Şəxs gəlini Mərcan Hüseynovanı dəfələrlə döyərək bədən xəsarətləri yetirib. Ona qarşı təhqiredici və nalayiq ifadələr işlədir. İş materiallarına əlavə olunmuş 28 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ İTŞ-yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 28.10.2021-ci il tarixli 2482 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X5 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - hər iki bazu və sağ said nahiyələrinin sıyrıqları, sağ bud və sağ baldır nahiyyələrinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 16.10.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 16.10.2021 -ci il tarixdə səhər saat 10 radələrində X8 ilə əri Şəxs arasında yaşadıqları Abşeron rayonu, Xırdalan şəhərində evlərində baş vermiş mübahisə zamanı Şəxs arvadı X1 təhqir edərək onu döymüşdür. Şəxs ilə arvadı X8 arasında ailə-məişət münasibətləri zəmnində mübahisə baş vermiş və mübahisə zamanı Şəxs əlləri ilə arvadı X5 bədəninin müxtəlif nahiyələrinə vurmaqla, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan əlavə olaraq həmin vaxt X11 hədələmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlığını iş üzrə cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar