Məhkəmə qərarları › İş №3(012)-18/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-18/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-18/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, iş üzrə şikayət verən şəxs X2 və onun vəkili X4, Azərbaycan Respublikası X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, X7 MN seriyalı ******* nömrəli, 17.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəmə iclasında X12 Elim oğlu şikayətlə məhkəməyə müraciət edərək, MN seriyalı ******* nömrəli, 17.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, şikayət verdiyi qərarın və onunla bağlı protokolun təsdiqlənmiş surəti etdiyi müraciət və şikayətdən sonra 12 noyabr 2020-ci il tarixdə, X13 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati binasında ona əlbəəl təqdim etmişlər. Bu səbəbdən də şikayət vermə müddətini ötürmədiyini bildirmişdir. Barəsində X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X16 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı İnzibati xəta haqqında 05.02.2020-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X16 tərəfindən onu İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli hesab edərək barəsində İnzibati tənbeh vermə haqqında 17.02.2020-ci il tarixli, MN ******* saylı qərar qəbul edərək onu 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə ediblər. Qərar barədə ona ilk məlumatı icra və probasiya şöbəsindən telefon vasitəsi ilə bildiriblər. Bundan sonra o, qərarın təqdim edilməsi ilə bağlı olaraq ilk olaraq X13 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmiş, lakin müraciətinin üzərindən müəyyən müddət keçməsinə baxmayaraq qərar ona təqdim edilməmişdir. Bu səbəbdən də o, qərarın təqdim edilməsi ilə bağlı olaraq X13 Xidmətinə şikayət etmiş, bundan sonra qərar və protokol ona 12 noyabr 2020-ci il tarixdə təqdim edilmişdir. Həmçinin X11 "xxxx" MMC-də işlədiyi müddət ərzində onun heç bir əmək hüququ "xxxx" MMC və ya onu tərəfindən, pozulmayıb, onun əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməyibdir. X6 Əmək haqları və sair ödənişləri qanunla müəyyən edilmiş qaydada hesablanmış və ödənilmişdir. Ona görə də MN seriyalı ******* nömrəli, 17.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilən Azərbaycan Respublikası X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X8 şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinə uyğun izahat verərək X13 Xidmətinin Bakı Şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında 17.02.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X1 vəkili X10 şikayət ərizəsinə uyğun izahat verərək pozuntunun çox olduğunu qeyd edərək qərarın ləğv edilməsini xahiş etdi. İş materiallarında olan MN ******* saylı inzibati tənbeh vermə haqqında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisinin 17 fevral 2020-ci il tarixli qərarından görünür ki, 05.02.2021-ci il tarixli MN ******* nömrəli protokola əsasən "xxxx" MMC-nin direktor X15 tərəfindən "xxxx" MMC-nin heyət rəhbəri vəzifəsində çalışmış X6 əmək haqqı və son haqq-hesabının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş və "xxxx" MMC-nin direktor X15 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 05.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati protokoldan görünür ki, “"xxxx" MMC-nin heyət rəhbəri vəzifəsində çalışmış X6 əmək haqqı və son haqq-hesabının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X7 şikayəti təmin edilməli, MN seriyalı ******* saylı, 17.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X13 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : X7 şikayəti təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul olunmuş MN seriyalı ******* nömrəli, 17.02.2020-ci il tarixli qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X13 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar