Məhkəmə qərarları › İş №3(012)-18/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-18/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-18/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri ərazisində yol polisi onu saxlayaraq düz xətti 1.1 nişanlanma xəttini kəsib keçdiyini bildirmişdir. O, isə polis əməkdaşına həmin ərazidə heç bir xətt olmadığını bildirmiş, aralarında razılıq olmamış və onun haqqında protokol tərtib olunaraq cərimə edilmişdir. Ona protokol təqdim edilmədiyindən həmin gün Asan pay vasitəsi ilə şikayət etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, onun iştirakı və xəbəri olmadan xx.xx.2003-cü il tarixdə inzibatı xəta haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə özü yaxınlaşaraq qərarın sürətini götürmüşdür. O, qeyd olunanları nəzərə alaraq, Dövlət Yol polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN Abşeron rayon DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2023-cü il tarixli İXP565986 saylı protokolundan və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, “Nissan Tida” markalı 77EZ285 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması nəticəsində o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən hər qərara görə 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Abşeron rayon DYP-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayon ərazisində, “Nissan Tida” markalı 77EZ285 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinin tələbinə zidd olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə Abşeron RPİ DYP Şöbəsinin YPX inspektoru tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2023-cü il tarixdə həmin protokol üzrə TP5961996 nömrəli inzibatı tənbeh haqqında qərar qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur.Şikayətinin dəlilləri işə baxılarən təsdiq olunmadı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 73-cü maddəsinin 8-ci bəndinə əsasən Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar