Məhkəmə qərarları › İş №3(012)-18/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-18/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-18/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə şikayət verən X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və xx.xx.2024-cü il tarixdə baş vermiş qəza ilə əlaqədar “Hundaı Accent” markalı, **-KO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə “X10” markalı, **-JP- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı Quba yolunun 23-cü km-də orta zolaqda hərəkətdə olarkən sağdan “Hundaı Accent” markalı, **-KO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr edib onu keçmək istəyərkən “X10” markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ qabaq hissəsinə dəyərək qəza törətmişdir. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi zədə almışdır. Qəza ilə bağlı xx.xx.2024-cü il tarixdə DYP-nin Saray postunda İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən onun barəsində, heç bir xəta törətmədiyi halda TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla o, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli hesab olunaraq (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) 40 manat məbləğində cərimə edilmişdir. Hadisə baş verən zaman o, “X10” markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı Quba yolunun 23-cü km-də orta zolaqda hərəkətdə olmuş, nəqliyyat vasitəsini heç bir manevr etmədən düz istiqamətdə sürmüş və hər hansı yerdəyişmə etməmişdir. Əksinə olaraq “Hundaı Accent” markalı, **-KO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq qanunsuz olaraq sağdan ötmə əməliyyatını həyata keçirmək istəyərkən onun idarə etdiyi “X10 markalı, 99-JP 025 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymişdir. Buna baxmayaraq YPX əməkdaşı "Hundaı Accent” markalı, **-KO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmək əvəzinə onun barəsində qəıar qəbul etmişdir. Qəza vaxtı onun idarə etdiyi “X10” markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxasında hərəkətdə olan X3 (**-JC-***) və X5 (**-JR-***) təsdiqləyə bilərlər ki, “Hundaı Accent” markalı, **-KO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarına zidd olaraq hərəkət etmiş və yanlış manevr edərək qəza törətmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Baş X11 İdarəsinin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati material araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixində, saat 23:20 radələrində Bakı Quba yolunun 23-cü km-də “X10” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Şikayət vermiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdə nəqliyyat vasitələri hərəkəsizdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən (hazırki məhkəmə qərarının təsviri - əsaslandırıcı hissəsində göstərilən hallar) araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli vəzifəli şəxs Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (maddə.106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmasını (maddə.106.0.5), işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılmasını (maddə.106.0.6) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİNnin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar