Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-180/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, ünvan 1rk küçəsi 2 (yolun 13-cü kilometrliyində və yolun sağ tərəfində yerləşən Q/y sahəsi) ünvanında yerləşən Şəxsnə (VÖEN:**********) məxsus aptekdə xx.xx.2024-cü il saat 11:00-11:50-də aptek təşkilatlarına dair tələblərin pozulması və Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin Gülnar Sariyevanın (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması aşkarlanmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 3(012)-180/2024 nömrəli qərardadı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 3(012)-180/2024 nömrəli qərardadından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-160/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə xx.xx.2024-cü il tarixli qərardadı və 22 fevral 2024-cü il tarixli, 3(012)-180/2024 nömrəli qərardadı ləğv edilmiş, işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. İş materiallarında olan Şəxs MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1rk küçəsi 2, yolun 13-cü km-də fəaliyyət göstərən, şirkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində xx.xx.2024-cü il tarixində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, Hökümət evi) tərəfindən xx.xx.2016-cı il tarixində İNİL-1204/2016 qeydiyyat nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında Şəxs MMC-yə məxsus (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Nizami Abdullayev küçəsi, ev 47, VÖEN **********) Abşeron rayonu. Masazır kəndi, Atatürk küçəsi 2 (yolun 13-cü kilometrliyində və yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsi) ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata icazə verilir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” MN ******* saylı protokolu və ona əllavə edilən sənədlər nəzərdən keçirilərkən görünür ki, MMC-nin adından protokolu Nümayəndə1 adlı şəxs imzalamışdır. Nümayəndə1 adlı şəxsin əmək müqaviləsindən çıxarışdan görünür ki, o, aptekin satıcısıdır.Onun MMC-nin adından çıxış etmək üçün səlahiyyətli olması barədə hər hansı sənəd protokola əlavə edilən sənədlər içərisində yoxdur.Bundan başqa, inzibati xəta protokolu tərtib olunarkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatı alınmamış, bu barədə protokolda hər hansı bir qeydiyyat aparılmamışdır.Göründüyü kimi protokol tərtib olunarkən MMC-nin İXM-nin aşağıda qeyd edilən normalarında nəzərdə tutulan hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.7. maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda qeyd edilir. Bununla bağlı qeyd olunur ki, şəxs izahat verməkdən imtina etdikdə isə bu barədə protokolda qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardan apellyasiya şikayəti verilə bilməz. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-180/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-180/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver