Məhkəmə qərarları › İş №3(012)-1802/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1802/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1802/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, X8 barəsində Bakı şəhəri Binəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X8 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Binəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X9 ərizəsini onunla əsaslandırdı ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 11:00-da o, uşağını tibbi müalicəsi ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 8103 xidmətinə sms göndərərək 2 saat müddətinə icazə alandan sonra yaşayış yerini tərk edib avtobusla getmiş, sonradan adını öyrəndiyi Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı, polis leytenantı X1 avtobusu yolda dayandırıb yoxlama apararkən ona mobil telefonunda həmin sms bildirişini göstərib icazə müddətinin bitməsinə 10 dəqiqə qaldığını demiş, polis əməkdaşı isə ona heç bir söz deməyib şəxsiyyət vəsiqəni istəmiş, o, şəxsiyyət vəsiqəni təqdim etmiş, o da əlindəki texniki aparatla yoxlamış, bundan sonra ona vəsiqəni qaytarmış, bundan sonra polis əməkdaşı ona heç nə deməyib çıxıb getmiş, 2020-ci ilin sentyabr ayının ortalarında onun istifadəsində olan mobil nömrəsinə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfov zəng edərək yuxarıda qeyd etdiyi polis əməkdaşı Pərviz Allahverdiyevin onun barəsində karantin rejimini pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat ona inzibati cərimə tətbiq edilmədiyini, cəriməni ödəmədiyini bildirmiş, o məsləni aydınlaşdırmaq üçün Abşeron rayonu İcra şöbəsinə gedərək oradan icra məmurundan həmin inzibati tənbeh vermə qərarının surətini götürmüş, əlavə olaraq cazə verilməsi barədə həmin sms bildirişin hazırda onun mobil telefonunun yaddaşında qaldığını və istənilən halda onu məhkəməyə təqdim edə bilmədiyini göstərmiş, göründüyü kimi, polis əməkdaşı Pərviz Allahverdiyev onun barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərar vermiş, belə ki, polis əməkdaşı Pərviz Allahverdiyev onun karantinlə bağlı icazə müddətinin bitməsinə 10 dəqiqə qalmasına əhəmiyyət verməyib İXM-nin tələblərini pozaraq qanunsuz və əsassız qərar vermiş, bundan əlavə, polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsini tətbiq edərkən qanunu bir daha pozaraq 211-ci maddənin hansı bəndini pozduğunu yazmamış, öz şəxsi mülahizəsinə əsasən onu 100 manat inzibati cərimə etmiş, Bundan əlavə, polis əməkdaşı İXM-nin 124.3-cü maddəsinin tələblərini pozaraq şəxs həmin inzibati xəta ilə razılaşmadığı halda barəsində inzibati protokol tərtib etməli olduğu halda qanunsuz olaraq protokol yox, qərar vermişdir. Polis əməkdaşı İXM-nin 6-ci, 100-cü, 114-cü maddələrinin tələblərini pozaraq inzibati qərarla onu tanış etməmiş, onun xəbəri olmadan barəsində inzibati icraat başlamış, ona hüquq və vəzifələrini izah etməmiş, onun həmin sənədə qeydlər vermək hüququndan məhrum etmiş və müdafiə hüquqlarını pozmuşdur. Bundan başqa, polis əməkdaşı İXM-nin 117.2-ci maddəsinin tələblərinə əsasən həmin qərarın surətini 2 gün müddətində ona göndərməli olduğu halda bu günə kimi göndərməmiş və həmin qərarın surətini onun özü gedib icra məmurundan şəxsən aldığını bildirdi. Sonda o, məhkəmədən Bakı şəhəriBinəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan ləğv edilməsini və onu inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X3 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X8 Respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar X6 X7 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində müraciət etmiş, ona 2 saat müddətinə yaşayış yerini tərk etmək barədə sms gəlmiş, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol isə 12:50 radələrində tərtib olunmuşdur. Məhkəmə belə hesab edir ki, X8 yaşayış yerini tərk edərkən 8103 icazə sisteminin tələblərinə riayət etdiyi üçün Bakı şəhəri Binəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar