Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1802/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Səfiyeva Cəmilə İbrahim qızının, Məhkəmə iclas katibi X3, X5 tərəfindən Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X5 tərəfindən Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şikayətçi barəsində yox, X4 barəsində tərtib olunmuşdur.Yəni, həmin qərardan şikayət vermə hüququ X1 məxsusdur. Azərbaycan Respublikası İXM-nin 64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Qeyd edilənlərdən göründüyü kimi Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayət vermək hüququ olmadığından şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 tərəfindən Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etmək olar Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1802/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1802/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver