Məhkəmə qərarları › İş №3(012)-1803/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1803/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1803/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Protokol tərtib etmiş şəxs: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxx 1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M küçə 1, döngə 1, ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 04 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-5907/2021 saylı icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-2276/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 30 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sözügedən icra sənədi Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və 27 yanvar 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(012)-2649/2024 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-5907/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, 30 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 16 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilmişdir. 20 may 2025-ci il tarixdə icra məmurunun və hal şahidlərinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və oradada yaşamaması barədə akt tərtib edilmişdir. Bundan sonra borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün 21 may 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Qərəzli şəkildə öhdəliyin icrasından yayınan borclu Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, 08 ay ərzində 01 dəfə olmaqla 160 manat ödəniş etməsini bildirmiş, aliment borcunun ödənilməsi üçün icra tədbirlərinin görülməsini, lazım gələrsə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Borclunun icra vərəqəsi üzrə 04 avqust 2025-ci il tarixə olan yaranmış borcu 3000 manatdan artıq təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, onun aylıq alimenti tam ödəməyə maddi imkanının olmadığını, yaranmış borcu ödəmək üçün ona vaxt verilməsini xahiş etdi. Bildirdi ki, əvvəllər imkanı olduqca aliment ödəsə də, son 7-8 ay ərzində işsiz olduğu üçün 150 manat ödəniş edə bilmişdir. Lakin bir neçə gündür ki, işə düzəlib ödənişləri vaxtında icra etməyə çalışacaqdır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs borclu tərəfindən 08 ay müddətində aliment borcunun ödənilməməsini, aliment borcunu tam ödəyərsə ona qarşı şikayətinin olmayacağını bildirməklə, borclu barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-5907/2021 saylı icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-2276/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 30 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir;

2. Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-5907/2021 saylı icra sənədi üzrə 27 yanvar 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(012)-2649/2024 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-5907/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, 30 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;

4. Abşeron rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(012)-2649/2024 saylı icra vərəqəsinə əsasən 16 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilmişdir.

5. Abşeron rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(012)-2649/2024 saylı icra vərəqəsinə əsasən 20 may 2025-ci il tarixdə icra məmurunun və hal şahidlərinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və oradada yaşamaması barədə akt tərtib edilmişdir;

6. Abşeron rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(012)-2649/2024 saylı icra vərəqəsinə əsasən borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün 21 may 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək aliment borcunun yaranmasıma şərait yaratmasını və hərəkətlərini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində həbslə bağlı olmayan tənbehin verilməsinin məqsədə uyğun olmadığını, inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 04 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar