Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1804/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 nümayəndələri X6 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC-nin əməkdaşları X2 və X3 iştirakları ilə, «Şəxs » MMC-nin (hüquqi ünvanı: ünvan 1 təmsilçi Heydər İbrahimov) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Şəxs » MMC-nin Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və X11 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Ər-Riyad ticarət mərkəzinə məxsus mebel sexləri ərazisində urnanların olmaması, istehsalat və məişət tullantılarının qalaqlanması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 nümayəndəsi bildirmişdir ki, idarənin xx xxxxxxx 2020-ci il tarixli 7q saylı sərəncamı əsasında ünvan 2 saylı ünvanda yaşayan Lətif Kərimovun mebel sexlərində tullantıların hər gün yandırılması, tüstü qoxusunun ətrafa yayılması, tullantıların ətrafa tökülməsi ilə bağlı Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin Qaynar xətt mərkəzinə daxil olmuş və araşdırlıması üçün 4 sayl Regional Ekologiya və X9 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli şikayəti əsasında şikayətçi Lətif Kərimovun və ticarət mərkəzinin nümayəndəsi Heydər İbrahimovun iştirakı ilə yerində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Şəxs MMC-yə məxsus Ər-Riyad ticarət mərkəzinin ərazidə fəaliyyət göstərən mebel sexlərində formalaşan istehsalat və məişət tullantılarının bir neçə yerdə qalaqlanaraq yandırılması, tullantıların urnaların olmaması səbəbindən ətrafa necə gəldi atılması, bundan əlavə ticarət mərkəzinin ərazisində bir neçə yerdə tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC-yə məxsus Ər-Riyad ticarət mərkəzi tərəfindən tullantıların qalaqlanmasına və yandırılmasınna yol verməklə Azərbaycan Respublikası xx.xx.1999-cu il tarixli 678 saylı ətraf mühitin müafizəsi haqqında qanunun 47-ci maddəsinin xx.xx.2004-cü il tarixli 109 saylı havanın mühafizəsi haqqında qanunun 16-cı maddəsinin İstehsalat və məişət tullantıları haqqında 30.06.199-cu il tarixli 514 saylı qanunun 9,11,12 maddələrinin Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuşdur. Akta şikayətçinin izahatı və çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Məhkəmə iclasında «Şəxs » MMC-nin X4 izahatında göstərdi ki, protokolda qeyd olunanlar əsassızdır, protokol onların iştirakı olmadan tərtib edilmişdir. Qeyd olunan ərazi açıq ərazidir, oradan daim əhali keçir, ora nəzarət etmək fiziki cəhətdən mümkün deyil, həmin ərazidə onlarla mebel sexləri fəaliyyət göstərir. Riad ticarət mərkəzi isə qapalı ərazi olmaqla həftədə 3-4 dəfə zibillər aidiyyatı qurumlar tərəfindən yığışdırılır. Sexlərin qarşısındakı ərazidə yığılan zibillərə görə isə onlar cavabdehlik daşımır, iş materiallarından da görünür ki, protokol aktdan əvvəlki tarixə tərtib olunmuşdur. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. İş materiallarında olan MN ******* saylı xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Ər-Riyad ticarət mərkəzinə məxsus mebel sexləri ərazisində urnanların olmaması, istehsalat və məişət tullantılarının qalaqlanması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan X5 4 saylı ETNSN-nə ünvanlandığı izahatdan görünür ki, yaşadığı ünvanın yaxınlığında yerləşən Ər-Riyad ticarət mərkəzinə məxsus mebel sexləri vardır, həmin mebel sexlərində hər gün müxtəlif materiallar yandırılır. Dəfələrlə sexin işçilərinə və rəhbərinə tədbir görülməsini bildirsələr də, lakin bu barədə heç bir tədbir görülməmişdir. Ona görə də izahatının nəzərə alınmasını və tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 63477 saylı aktdan görünür ki, idarənin xx xxxxxxx 2020-ci il tarixli 7q saylı sərəncamı əsasında ünvan 2 saylı ünvanda yaşayan Lətif Kərimovun mebel sexlərində tullantıların hər gün yandırılması, tüstü qoxusunun ətrafa yayılması, tullantıların ətrafa tökülməsi ilə bağlı Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin Qaynar xətt mərkəzinə daxil olmuş və araşdırlıması üçün 4 sayl Regional Ekologiya və X9 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli şikayəti əsasında şikayətçi Lətif Kərimovun və ticarət mərkəzinin nümayəndəsi Heydər İbrahimovun iştirakı ilə yerində araşdırma aparılmışdır «Şəxs » MMC-yə məxsus Ər-Riyad ticarət mərkəzinin ərazidə fəaliyyət göstərən mebel sexlərində formalaşan istehsalat və məişət tullantılarının bir neçə yerdə qalaqlanaraq yandırılması, tullantıların urnaların olmaması səbəbindən ətrafa necə gəldi atılması, bundan əlavə ticarət mərkəzinin ərazisində bir neçə yerdə tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC-yə məxsus Ər-Riyad ticarət mərkəzi tərəfindən tullantıların qalaqlanmasına və yandırılmasına yol verməklə Azərbaycan Respublikası xx.xx.1999-cu il tarixli 678 saylı ətraf mühitin mühafizəsi haqqında qanunun 47-ci maddəsinin xx.xx.2004-cü il tarixli 109 saylı havanın mühafizəsi haqqında qanunun 16-cı maddəsinin İstehsalat və məişət tullantıları haqqında xx.xx.1999-cu il tarixli 514 saylı qanunun 9,11,12 maddələrinin Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulması aşkar olunmuş, bununla bağlı akt və protokol tərtib olunmuşdur. Akta şikayətçinin izahatı və çəkilmiş fotoşəkillər əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, mebel sexlərində tullantıların hər gün yandırılması, iy qoxunun ətrafa yayılması və tullantılarının ətrafa tökülməsi ilə bağlı ETSN-nin qaynar xətt mərkəzinə daxil olmuş göstərilən məlumatlar «Şəxs » MMC-yə məxsus Ər-Riyad ticarət mərkəzinin direktoru Heydər İbrahimovun iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı əraziyə baxış keçirərkən «Şəxs » MMC-yə məxsus Ər-Riyad ticarət mərkəzinin ərazisində fəaliyyət göstərən mebel sexlərində formalaşan istehsalat və məişət tullantılarının bir neçə yerdə qalaqlanaraq yandırılması, tullantıların urnalar olmamaması səbəbindən ətrafa necə gəldi atılması, ərazidə bir neçə yerdə tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Bununla əlaqədar olaraq ərazidə məişət tullantılarının düzgün idarə olunmamasına görə «Şəxs » MMC-yə akt və inzibati protokol tərtib edilmiş, həmçinin məişət tullantılarının düzgün idarə olunmaması və tullantıların müqavilə əsasında zərərsizləşdirilməsi istiqamətində icrası məcburi olan müddətli məcburi göstəriş verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin dispozisiyasına görə, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır.İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1804/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1804/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver