Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1804/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi. Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1971-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, inzibati və cinayət məsuliyyətinə cəlb edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi ev 3 B, Giriş-1, mənzil 12 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yaşayan qonşusu Zərərçəkmiş şəxs məxsus kanalizasiya və su borularını qıraraq yararsız vəziyyətə salmaqla sonuncuya 500 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmyərək izahatında göstərdi ki, ünvan 1 ünvanda yaşamır, qeyd olunan ünvanda oğlu yaşayır. O, heç vaxt kiməsə məxsus kanalizasiya və su borularını qırmamış, ümumiyyətlə onun həmin ərazidə yaşayan qonşularla münasibətində heç bir vaxt anlaşılmazlıq olmamışdır. Həmiçinin ona məxsus hazırda oğlunun yaşadığı ev küçənin digər tərəfində olduğu üçün onların sözügedən məsələ ilə heç bir əlaqələri yoxdur. Barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs heç vaxt şikayəti olmamışdır. Polis orqanlarına başqa şəxslər tərəfindən boruların qırılması barədə məlumat versə də, protokolun niyə Gülnarə Quluzadə barədə tərtib edildiyini başa düşə bilmir. Həmçinin onu da əlavə etdi ki, həmin kanalizasiya və su xətti təkcə ona deyil bir neçə qonşuya məxsusdur və onların hər biri ayrı-ayrılıqda ərizə ilə boruları qıran şəxslərin adlarını göstərməklə polis orqanına müraciət etmişdirlər. Hazırda Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini və onlara zərər vurmuş şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, protokolu tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibatı tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətinə zəng edərək, xx.xx.2024-cü il tarixdə ona məxsus kanalizasiya və su borularının Şəxs tərəfindən qıraraq yararsız vəziyyətə salmaqla ona 500 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. (Həmin zənglə bağlı audio yazı iş materiallarına əlavə edilməmişdir) Bununla da, məhkəmə hesab edir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yaşayan Zərərçəkmiş şəxs və digərlərinə məxsus kanalizasiya və su borularının xx.xx.2024-cü il tarixdə qırılması və yararsız vəziyyətə salınmasına Şəxs aidiyatı sübuta yetirilmir, belə ki, zərərçəkmiş şəxs hadisənin Şəxs tərəfindən deyil başqa şəxslər tərəfindən törədilməsi barədə özü və qonşular tərəfindən ərizə verildiyini, DİN 102 xidmətinə zəng etmədiyini bildirmişdir. Hadisənin Şəxs tərəfindən törədilməsi faktını təsdiq edən sənədlər və digər sübutlar məhkəməyə təqdim olunmadığından, iş üzrə natamam araşdırma aparıldığından, konkret olaraq hadisənin hansı tarixdə və kim tərəfindən törədilməsi müəyyən edilmədiyindən, Şəxs barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə - inzibati xəta nəticəsində vurulmş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs hadisəyə aidiyəti sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə aparılmış araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yaşayan Zərərçəkmiş şəxs məxsus kanalizasiya və su borularının qıraraq yararsız vəziyyətə salmasına Şəxs aidiyəti iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1804/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1804/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver