Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1804/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, inzibati xəta haqqında barədə protokol tərtib etmiş Aberon Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisi, X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş 04 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs narkotik vasitədən istifadə istifadə etdiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Aberon Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisi, X4 izahat verərək bildirdi ki, Şəxs 01 avqust 2025-ci il tarixdə, saat 03:30-da şübhəli şəxs qismində saxlanılmış və üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində narkotik vasitə aşkar olunmuşdur. Həmçinin keçirilmiş müayinə zamanı da Şəxs opoidlərin kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi də aşkar edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. 01 avqust 2025-ci il tarixdə Saray qəsəbəsi ərazisində olarkən polis əməkdaşları onu saxlamış və onu polis bölməsinə dəvət etmişdirlər. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilmişdir. Hazırda əməlindən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 4666 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs opoidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbula nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xətanın tərkibi olması tərəflərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1804/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1804/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver