Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1805/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, şahid X3 və X4 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 22.11.2021-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs 21.11.2021-ci il tarixdə saat 00:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən icarə əsasında işlətdiyi “Colorit” adlı kafenin gecə saatlarınadək fəaliyyət göstərməsi, ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozması, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X5 məhkəmədə verdiyi izahatında göstərdi ki, 21.11.2021-ci il tarixdə saat 00:00 radələrində polis əməkdaşları ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xidmətdə olan zaman qeyd olunan ərazidə yerləşən “Colorit” adlı kafenin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 avqust 2020-ci il tarixli, 294 saylı qərarına zidd şəkildə gecə saatlarınadək fəaliyyət göstərməsini müəyyən etmişlər. Polis əməkdaşları dərhal həmin yerə yaxınlaşıb həmin kafeni icarə əsasında işlədən Şəxs Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Bununla da Şəxs ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Colorit” adlı kafeni icarə əsasında işlədir. 21.11.2021-ci il tarixdə saat 00:00 radələrində müştərilər kafeni tərk edən zaman polis əməkdaşları kafeyə daxil olmuşlar. Ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 avqust 2020-ci il tarixli, 294 saylı qərarına zidd şəkildə gecə saatlarınadək fəaliyyət göstərməsini irad tutmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilməyərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, 22.11.2021-ci il tarixdə saat 00:10 radələrində xidmətdə olan zaman Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Colorit” adlı kafenin gecə saatlarınadək fəaliyyət göstərməsi barədə məlumat daxil olmuşdur. O, X8 ilə birlikdə həmin kafeyə getmişlər və həmin kafenin saat 00:10 olmasına baxmayaraq fəaliyyət göstərdiyini müəyyən etmişlər. Hadisənin baş verməsi ilə bağlı video da mövcuddur. Nəticədə, Şəxs barəsində sahə rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cəfərovun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 22.11.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.11.2021-c il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkildən və videoyazıdan görünür ki, “Colorit” adlı kafe saat 00:06 radələri olmasına baxmayaraq fəaliyyət göstərmişdir. İş materiallarında olan 10.11.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X6 ilə icarəçi Şəxs arasında 01 (bir) il müddətinə icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, müqavilənin müddəti 10.11.2021-ci il tarixdə bitmişdir. Həmin müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri Müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda Müqavilə gələn 01 (bir) il müddətinə uzadılmış hesab edilir. İş materiallarına əlavə olunmuş portaldan çıxarışdan görünür ki, Şəxs 13.10.2020-ci il tarixli, ********** saylı VÖEN-ə malikdir. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs vəzifəli şəxs kimi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olduğu üçün o, vəzifəli şəxs kimi inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında azad olunsun. Qərarın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1805/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1805/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver