Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1805/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, X1 və X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 və X2, barəsində xx.xx.2023-cü il tarixli, EQ/16509750 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16485368 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16345591 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16257883 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16213616 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16212931 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16212338 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16046805 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16038502 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/15720791 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/15697642 saylı qərarlardan şikayətlə məhkəməyə müraciət etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta barədə protokol və qərarlar müxtəlif tarixlərdə, yəni, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə qəbul edilmiş, həmin qərarların şikayət verən tərəfindən nə vaxt alınmasına dair sənədlər iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunda hər bir qərardan ayrıca şikayət vermək hüququ nəzərdə tutulmuşdur.Mübahisələndirilən qərarlar göründüyü kimi müxtəlif tarixlərdə qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/16509750 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16485368 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16345591 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16257883 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16213616 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16212931 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16212338 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16046805 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16038502 saylı elektron qərar, xx.xx.2023- cü il tarixli, EQ/15720791 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/15697642 saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət qanunla nəzərdə tutulan 20 günlük müddət ərzində verilməmiş, müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, şikayətçilər tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 və X2, barəsində xx.xx.2023-cü il tarixli, EQ/16509750 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16485368 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16345591 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16257883 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16213616 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16212931 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16212338 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16046805 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/16038502 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/15720791 saylı elektron qərar, xx.xx.2023-cü il tarixli, EQ/15697642 saylı qərarlardan verilmiş şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1805/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1805/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver