Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1806/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Boşçallar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (**********) Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 22.11.2021-ci il tarixdə daxil olmuş inzibati materialda onun 22.11.2021-ci il tarixdə saat 00:10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Colorit” adlı kafedə olan zaman ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozması, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X3 məhkəmədə verdiyi izahatında göstərdi ki, 22.11.2021-ci il tarixdə saat 00:10 radələrində polis əməkdaşları ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xidmətdə olan zaman qeyd olunan ərazidə yerləşən “Colorit” adlı kafenin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 avqust 2020-ci il tarixli, 294 saylı qərarına zidd şəkildə gec saatlarədək fəaliyyət göstərməsini müəyyən etmişlər. Polis əməkdaşları dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etməklə orada olan şəxsləri Abşeron Rayon Polis İdarəsinə dəvət etmiş və Şəxs orada olan şəxslərin arasında olması müəyyən edilmişdir. Bununla da Şəxs ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 22.11.2021-ci il tarixdə tanışları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Colorit” adlı kafeyə getmiş. Təxmini saat 23:15 radələrində hazırlaşıb kafedən çıxmaq istəyən zaman polis əməkdaşları kafeyə daxil olaraq onu kafedən çıxmağa qoymamış və barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilməyərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, 22.11.2021-ci il tarixdə saat 00:10 radələrində xidmətdə olan zaman Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Colorit” adlı kafenin gec saatlarədək fəaliyyət göstərməsi barədə məlumat daxil olmuşdur. O, X5 ilə birlikdə həmin kafeyə getmiş və saat 00:10 olmasına baxmayaraq həmin kafenin fəaliyyət göstərdiyini müəyyən etmişlər. Hadisənin baş verməsi ilə bağlı video da mövcuddur. Nəticədə, Şəxs barəsində sahə rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cəfərovun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 22.11.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.11.2021-c il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkildən və videoyazıdan görünür ki, “Colorit” adlı kafe saat 00:06 radələri olmasına baxmayaraq fəaliyyət göstərmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında azad olunsun. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1806/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1806/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver