Məhkəmə qərarları › İş №3(012)-1810/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1810/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1810/2021 07.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İsmayıllı rayonu, Kəlfərəc kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, İsmayıllı rayonu, Kəlfərəc kəndində qeydiyyatda olan, Abşeron rayonu , Mehdiabad qəsəbəsi, Dədə Qorqud küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : İİİ Tağım YPX inspektoru polis baş serjantı X6 tərəfindən 22.10.2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi sürücü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması səbəbindən olmuşdur. Belə ki, Şəxs 22 oktyabr 2021 -ci il tarixdə saat 23:10 radələrində vətəndaş X3 mülkiyyətində olan və yol vərəqəsi əsasında idarə etdiyi, «Kia Rio» minik markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıq nəticəsində idarə etməni itirmiş və avtomobil yolun kənarına çıxaraq aşmışdır. Nəticədə sürücü Şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, avtomobildə sərnişin qismində əyləşmiş atası X5 isə yüngül dərəcəli bədən xəsarəti almışdır. Həmçinin avtomobil əzilməklə mülkiyyətçi X4 ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs ifadəsindən görünür ki, 22 oktyabr 2021-ci il tarixdə saat 23:10 radələrində oğlu Şəxs idarə etdiyi «Kia Rio» markalı avtomobilə İsmayıllı rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35-ci kilometrliyinə çatdıqda qabaq oturacaqda yatmışdır. Birdən səs eşidərək ayılmışdır. Həmin vaxt avtomobilin yoldan çıxıb aşmasını görmüşdür. Yüngül xəsarət almışdır, onu avtomobildən çıxarmışlar. Sonradan bilmişdir ki, oğlu Abbas avtomobilin idarə etməsini itirmiş və avtomobil yoldan çıxaraq aşmışdır. Avtomobildə başqa sərnişin olmayıbdır. Hazırda əməlindən peşmandır və özünü təqsirli bilir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. 10 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin yol nəqliyyat hadisəsi sürücü Şəxs ehtiyatsızlığı nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına az ağır və ya ağır zərər dəymədiyindən, əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib yoxdur, ona görə də material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin sürücü zərərçəkmiş şəxs X1 yüngül zərər vurduğuna görə barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, İİİ Tağım YPX inspektoru polis baş serjantı X6 tərəfindən 22.10.2021-ci il tarixli İXP ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmişlərlə barışdığını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar