Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1811/2023 06.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun müdafiəçisi, vəkil X8 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 1 ünvanda yaşayan, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 nömrəli icra sənədi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(012)-158/2023 nömrəli qərardadı dəyişdirilmiş, 2(012)-2795/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək övladları 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. X4 həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 nömrəli icra sənədinin xx.xx.2023-cü il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. İcra tədbirləri görülsə də tələb üzrsüz səbəbdən icra edilməmişdir. X1 hərəkətləri nəticəsində qərardadı tam icra etmək mümkün olmamışdır. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 16(105)-76/2023 nömrəli qərardadı ilə Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 11:00-dan 15:00- dək övladları 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmaq hüququ verilmişdir. Bir neçə dəfə uşaqları Abşeron Rayon İcra və Probasiya Şöbəsinə gətirmiş, lakin uşaqlar atalarını görmək istəməmişlər. Atalarını görmək istəmədiklərinə görə hər dəfə uşaqları görüşə məcburi qaydada gətirmək onlarda psixoloji travma yaradır. Hazırda da atalarının uşaqları ilə görüşmələrinə etiraz etmir. İcra sənədini icra etməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 16(105)-76/2023 nömrəli qərardadı X1 hərəkətləri nəticəsində icra edilmir. Dəfələrlə icra şöbəsinə gəlməsinə baxmayaraq, X4 uşaqları icar şöbəsinə gətirməmişdir. X4 barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi vəkili X12 hüquqlarını müdafiə etdiyi şəxsin icra vərəqəsinin icrasından yayınmadığını, dəfələrlə icra və probasiya şöbəsində uşaqları ilə birlikdə olmağına baxmayaraq, tələbkar tərəfin gəlməməsini, dəfələrlə tərəf olaraq, tələbkar görüş günlərində uşaqları borclunun yaşadığı evdən götürüb ünsiyyətdə olması barədə ərizə ilə müraciət etdiklərini, təşkil olunmuş görüşlər zamanı uşaqların ataları ilə ünsiyyətdə olmaq istəmədiyinə görə görüşlərə psixoloq-mütəxəssisin dəvət edilməsini təklif etdiklərini bildirirərək, X4 barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 nömrəli icra sənədi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(012)-158/2023 nömrəli qərardadı dəyişdirilmiş, 2(012)-2795/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək övladları 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012-ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmaq hüququ təmin edilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Abşeron rayon İcra və Probasiya X2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 16(105)-76/2023 nömrəli qərardadı ilə Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat ll:00-dan 15:00- dək övladları 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012-ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmaq hüququ verilmişdir. Biz 13 avqust 2023-cü ildə uşaqları Abşeron Rayon İcra və Probasiya Şöbəsinə gətirdik, lakin onlar atalarını görmək istəmədilər. Atalarını görmək istəmədiklərinə görə hər dəfə uşaqları görüşə məcburi qaydada gətirmək onlarda psixoloji travma yaradır. 17 may 2023-cü il tarixli, 16(012)-158/2023 nömrəli icra vərəqəsi üzrə də uşaqlarla ataları arasında görüş baş tutmamış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlal Cəfərli tərəfindən icra prosesi təyin olunmuşdur. İcra prosesi zamanı psixoloq uşaqlarla atalarının mənəvi bağının olmaması, ünsiyyətin qeyri-mümkün olması barədə rəy vermişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Sumqayıt Apellyasiva Məhkəməsinin 2(105)-76/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə görə Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat ll:00-dan 15:00-a dək övladları 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012-ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Görüşü təmin etmək üçün borclu Şəxs Abşeron rayon İcra və probasiva şöbəsinə dəvət edilsə də. icra sənədi üzrə görüş üçün müəyyən olunmuş tarixdə təyin edilmiş icra yerinə gəlmədiyi məlum oldu. Gəlməməsi barədə hər hansı üzıırlü səbəbin olması barədə məlumat verilmədi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Həmin məcəllənin qeyd hissəsində göstərilir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Sumqayıt Apellyasiva Məhkəməsinin 2(105)-76/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin edilməsinə tələbkarın qızı 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012-ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmasına heç bir maneçilik törətməmişdir. Əksinə borclu bir neçə dəfə icra və probasiya şöbəsində təyin edilən vaxtda uşaqları ilə birlikdə olmuş, lakin müəyyən səbəblərdən tələbkar təyin edilən görüşə gəlməmişdir. İşin bütün yuxarıda sadalanan hallarına baxmayaraq icra məmuru heç bir qanuni əsas olmadan və formal olaraq belə qənaətə gəlinmişdir ki, X4 icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi bütün hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin tam icra edilməməsinə X3 psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1811/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1811/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver