Məhkəmə qərarları › İş №3(012)-1813/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1813/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1813/2025 05.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Nurbala Cavadovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi vəkil X3 iştirakları ilə, xx.xx.1996-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, M. Hüseynzadə keçəsində yerləşə “Uğur Ocağı” adlı restoranda X9 qarşı nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. X11 inzibati xəta haqqında protokolla tanış olaraq imzalamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Nurbala Cavadov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük y/m. nömrəsiz fərdi yaşayış evində yaşayan X13 xx.xx.2025-ci il tarixdə DİN-nin 102 zəng xidməti mərkəzinə və həmçinin Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsində yerləşən “Uğur Ocağı” adlı restorandan daxil olan şikayətlər üzrə peşə fəaliyyətini yerinə yetirərkən, çəkiliş zamanı orda işləyən adını bilmədiyi qadın tərəfindən sinə mikrafonunun sınması və səs-küy salınması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 raddələrində Xəzər Tv-nin əməkdaşı olan X14 daxil olmuş vətəndaş şikayətləri üzrə Abşeron rayon, Xırdalan şəhər, M.Hüseynzadə küçəsində yerləşən “Uğur Ocağı” adlı restorana çəkilişlə bağlı gedən zaman həmin restoranda işləyən X4 və icarədar Şəxs çəkilişə maneə olaraq orda səs-küy salmış, ictimai qayda və ictimai asayişi pozmuşlar. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və material araşdırması üçün Abşeron RPİ-nin İTŞnə göndərilmişdir. Göstərilənlərə əsasən Abşeron RPİ tərəfindən araşdırma aparılmış və X11 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Nurbala Cavadov məhkəmədən X11 barəsində tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 ona istinad olunan əməlin törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, Xırdalan şəhər, Misir parkının yaxınlığında M. Hüseynzadə küçəsində yerləşən “Uğur Ocağı” adlı restoranı icarə götürmüşdür və restoranın açılışı üçün obyektdə bəzi səsgücəndirici vasitələrdən istifadə olunmuş və canlı musiqi təşkil olunmuşdur. Vətəndaşların şikayəti üzrə xx.xx.2025-ci il tarixdə saat 20 raddələrində özünü Xəzər tv-nin əməkdaş kimi təqdim edən şəxs obyektə daxil olmuş və yanındakı şəxslə çəkiliş etməyə başlamışdır. İlkin çəkiliş vaxtı X11 obyektdə olmamış və Zülfiyyə adlı şəxs ona zəng edərək məlumat verdikdən sonra o obyektə getmişdir. Restorandakı jurnalist X5 yaxınlaşıb müsahibə götürmək istəyən zaman ilkin olaraq o onun kamerasına əlini uzatmış və çəkiliş etməyinə maneə olmaq istəmiş, lakin sonradan müsahibəni vermiş, sonda isə ərazidə yaşayan şəxslərdən üzürxahlıq etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X11 əməlindən peşman olduğunu məhkəməyə bildirmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 müdafiəçisi X12 əməldə tərkib olmadığından icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, M. Hüseynzadə keçəsində yerləşə “Uğur Ocağı” adlı restoranda X9 qarşı nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük y/m. nömrəəsiz fərdi yaşayış evində yaşayan X7 müraciəti üzrə toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatı ilə həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, X11 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, xırda xuliqanlıq ictimai təhlükəli əməlin edilməsindən ötrü ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər qəsdən edilməlidir. X11 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, M. Hüseynzadə keçəsində yerləşə “Uğur Ocağı” adlı restoranda zərərçəkmiş şəxsi təhqir etməklə ictimai qaydanın şəxslərin bir-birinə hörmət edilməsinə dair qaydalarına əməl etməyərək ictimai qaydanı pozmuşdur. Bu faktı isə öz-özlüyündə X1 inzibati xətanın törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Ona görə məhkəmə, işin icraatına xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X2 əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. X2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, X2 şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün hüquqi yardım haqqı 33 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: X11 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (yüz) manat inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X8 33 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar