Məhkəmə qərarları › İş №3(012)-1818/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1818/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1818/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakları ilə, Abşeron DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Abşeron DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon X8 tərəfindən barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1 -ci maddəsinə əsasən 100 manat cərmə olunmağıma dair xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli X5 iş üzrə Qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirəm ki, Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı əsassız tərtib edildiyi üçün ləğv edilməlidir. Belə ki, təqribən xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərindən Sumqayıt şəhərinə evimizə qayıdarkən yeni Saray magistral yolundan geri dönmə edib üzü Bakı-Sumqayıt şossesi istiqamətində qayıdarkən Nissan markalı avtonəqliyyat vasitəsi qabağıma keçib qəza şəraiti yaradaraq sürətli şəkildə onun idarə etdiyi avtonəqliyyat vasitəsinə toxunaraq hərəkətini davam etdirmişdir. Sonra sağ istiqamətdə irəliləyib nəqliyyat vasitəsinin yolun kənarında saxladı. Daha sonra onun arxasınca gələrək sağ tərəfdən keçib əl ilə saxla işərəsi verərək onun saxlatmışdır. O da avtonəqliyyat vasitəsini yolun qırağına çəkib saxlamış, nəqliyyat vasitəsində ondan başqa həyat yoldaşı da yanında idi və onun sağlamlığında ciddi narahatlıqlar var idi şəkəri və təzyiqi yüksək idi. Nissan markalı maşından düşən şəxs ona, ağsaqqal onun maşınını vurmusan dedi, o da maşına yaxınlaşaraq baxdıqda sağ hissəsində iz görmüşdür. Həmin iz də onu yol hərəkəti qanunvericiliyinə zidd olaraq etdiyi ötmə əməliyyatı zamanı qəsdən etdiyi əməl nəticəsində törədiyi iz idi. Sonra ona bildirdi ki, ağsaqqal maşın onun deyil, o da bundan sonra ona həyat yoldaşının vəziyyətinin yaxşı olmadığı bildirib ona sabah gələrsən, deyirsən ki maşına sən iz salmısan görüşüb məsələni həll edərik.Sonra isə həmin sürücüyə öz əlaqə vasitələrini və telefon nömrələrini verdi və qarşılıqlı razılaşma əsasında oradan ayrıldıq. Səhəri gün isə o, mobil telefonuna Abşeron DYP şöbəsindən zəng edilərək barəsində 102 xidmətinə şikayət edildiyi və həmin idarədəyə yaxınlaşmağını bildirdilər. xx.xx.2023-cü il tarixdə həmin şöbədə olmuş və izahatını da yuxarıdakı kimi yazmış, öz izahatında qeyd etmişdir ki, o, idarə etdiyi maşınla heç bir hadisə və ya qəza etməmiş qanunvericiliyin tələblərinə uyğun yolda hərəkətdə olmuşdur. DYP əməkdaşlarına da buna əmin olmaq üçün həmin ərazidə quraşdırılmış kameralara baxış keçirib kimin təqsirkar olmasını müəyyən etməyin çox asan olduğunu bildirərək kamera görüntülərinin tələb etmişdir. Lakin, həmin şöbədə onun dediklərinə heç bir əhəmiyyət verilməmiş və hadisənin üstündən bir aydan artıq vaxt keçdikdən sonra ona münasibətdə Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarını ləğv edərək X5 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X5 prtokol tərtib etmiş şəxs Abşeron DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə baxılmasını Abşeron DYPŞ-nin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin obyektiv araşdırılması üçün Abşeron rayon polis İdarəsindən iş üzrə sənədləri tələb etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü C.Əzizov xx.xx.2023-cü il tarixdə saat 10:00-da Saray qəsəbəsi ,təzə yol adlanan ərazidə X7 111 CDİ yük markalı 99OT339 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sürücü C.Əzizov xx.xx.2023cü il tarixdə saat 10:00-da Saray qəsəbəsi ,təzə yol adlanan ərazidə X7 111 CDİ yük markalı 99OT339 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən vəziyyətdə sürücünün əməlində hər bir halda inzibati xəta tərkibinin olması baxımından məhkəmə hesab edir ki, indiki vəziyyətdə prosessual qənaət prinsipi rəhbər tutulmalı və formal əsasa görə mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X5 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X5 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Abşeron DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar