Məhkəmə qərarları › İş №3(012)-1818/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1818/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1818/2024 29.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi. Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PBnin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Biləsuvar rayonu, Zəhmətabad ərazi dairəsi, Zəhmətabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayonunun, Qobu qəsəbəsində yaşadığı evdə həyat yoldaşı X3 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, Esmira ilə aralarında mübahisə yaranmışdır. Bir daha ona əl qaldırmayacağına söz verir, əməlindən peşmandır. Esmira onun evdən getməsini istəyir, əgər məhkəmə onu azad edərsə gedib paltarlarını götürüb evdən cıxacaq və Esmira sakitləşənə qədər bir müddət evə gəlməyəcək. Əlavə olaraq bildirdi ki, Esmiraya telefon işlətməyə icazə verməmişdir. Fəhlə işləyir. Məhkəmədən onun bağışlanmasını xahiş edir. O, hazırda zərər çəkmiş şəxs X5 ilə barışmışdır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək. bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı evdə olan zaman onu döyərək ona müxtəlif xəsarətlər yetirmişdir. Bu sonuncu dəfə olacaq ki onu bağışlayacaq, o da bir şərtlə ki, müəyyən müddət cıxıb getsin evədn. Şəxs qarşı heç bir şikayətinin olmadığını, sonuncu dəfə onu bağışladığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs ilə zərərçəkmiş şəxs X5 arasında barışıq əldə edildiyindən, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1240 saylı ekspert rəyindən görünür ki, vətəndaş X2 bədən səthində aşkar edilmiş xəsarətlər –sağ gözün alt göz qapağının və və döş qəfəsinin ön səthinin qançırları küt əşyanın təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə, insan bədəni hissəsinin (əl, barmaqları və s.) təsiri nəticəsində əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Abşeron rayon Polis İdarəsinin Tədqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin X11 göndərilmişdir. Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır; Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqlarının atası olduğuna görə onu axırıncı dəfə bağışlayır, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu. ona əlavə olunmuş sənədləri araşdırıb, barışıq ərizəsinin zərərçəkmiş şəxsin şəxsən özü tərəfindən təqdim olunmasına əmin olub hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı Şəxs tərəfindən X3 döymə hərəkəti ilə qəsdən fiziki ağrı yetirməsi iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla, ekspertin vermiş olduğu rəylə və digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, tərəflər arasında barışıq əldə olunması hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar