Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1819/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi X1 ilə, X3 tərəfindən daxil olmuş şikayətvermə müddətinin bərpası barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş EQ606978 saylı, 28 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməməli, şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta barədə qərardan şikayət vermə müddətini ötürmüşdür.Müddətin bərpası barədə vəsatət isə onunla əsaslandırılmışdır ki, qeyd edilən qərarı Sumqayıt İnzibati Məhkəməsinin vasitəsi ilə 15 may 2023-cü il tarixdə almış, bundan sonra isə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 3(012)1332/2023 saylı qərardadından görünür ki, X2 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş EQ606978 saylı, 28 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddəti ötürüldüyündə, geri qaytarılmışdır. Göründüyü kimi X3 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş EQ606978 saylı, 28 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətvermə müddətinin bərpası barədə ərizəsini təsdiq edən məhkəməyə təqdim etdiyi sübutlar müddətin bərpası üçün əsaslı olmadığından, onun vəsatəti təmin edilməməli, şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edlmiş edilmiş EQ606978 saylı, 28 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməsin, ərizə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qərardan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1819/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1819/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver