Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-182/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci madddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol baxılması məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki,Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci madddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci madddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində protokol tərtib olunan Şəxs iştirakı təmin edilməmiş, onun izahatı alınmamış və işə əlavə edilməmiş, zərərçəkən barəsində məlumatlar qeyd olunmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci madddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-182/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-182/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver