Məhkəmə qərarları › İş №3(012)-1825/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1825/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1825/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Lənkəran şəhəri, Sütəmurdov kəndində anadan olmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Abşeron Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə Şəxs barəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2ında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək yaşadığı evin qarşısında Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Faktla bağlı araşdırmalar aparılmış, Şəxs əməlində cinayətin tərkib əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısının qonşusu olmuşdur. Həmin şəxsi 2000-ci ildən tanıyır. O, bacısının evini 2004-cü ildə almış və elə həmin vaxtdan da Tükəzban evin ona məxsus olmasını bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə qonşusu Kifayətlə söhbət edən zaman Tükəzban onların yanına gəlmiş və əsassız olaraq onunla mübahisə etməyə başlamışdır. O, mübahisə zamanı Tükəzbanı döyməmiş, əksinə Tükəzban yerdən daş götürüb ona ataraq, üstünə gələrək üz-gözünü cızmağa başlamışdır. Daha sonra Tükəzban evinə daxil olub zibil vedrəsini götürərək Cəmalənin başına vurmuşdur. Bundan sonra o, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng etmişdir. Sonda o, günahı olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, X2 4 ildir tanıyır. Belə ki, Cəmalənin bacısı onun evində kirayəşin yaşayıb və onun sayəsində Cəmaləni tanımışdır. Cəmalə Türkiyə Respublikasında yaşayırdı. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gəlmiş və gələn gündən ona məxsus evdə yaşamağa başlamışdır. Cəmalənin rəfiqəsi Kifayət adlı qadın onun qonşusudur. O, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kifayətlə söhbət edən zaman Cəmalə içəri daxil olmuşdur. O, Cəmaləyə səni evdən çıxardacam ifadəsini işlətmişdir. Bundan sonra Kifayət onlardan ayrılıb getmişdir. Daha sonra o, Cəmaləyə evin ona məxsus olduğunu, Cəmalənin də ona məxsus evdə yaşamaq istəmədiyini, onu evdən çıxardacağını bildirdikdə onların arasında mübahisə baş vermiş və onlar dalaşmağa başlamışlar. Mübahisə zamanı Cəmalə onu yerə yıxıb döymüşdür. Sonda o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək onun məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron şəhər Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixdə daxil olmuş, 1745 nömrəli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: sağ dirsək oynağı nahiyyəsinin, sol said və sol kürək nahiyəsinin sıyrıqları, eləcə də qarının ön divarinin qançırları, küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixdə daxil olmuş, 1746 nömrəli rəyindən görünür ki, 1966-ci il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sağ gözaltı nahiyənin, burun nahiyəsinin və sağ bazunun sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi zərərçəkənin izahatı və işin materialları ilə təkzib olunur. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İşin faktiki hallarına hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar