Məhkəmə qərarları › İş №3(012)-1825/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1825/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1825/2025 06.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisləri X7, X22, X8, Zərərçəkmiş şəxs8, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, 22 noyabr 2000-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X17 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə dostu Abdullanın adından istifadə etməklə Zərərçəkmiş şəxs20 300 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Anar Axundovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə dostu Elvinin adından istifadə etməklə Zərərçəkmiş şəxs19 250 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Şəhriyar Əsədovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs18 230 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Vasif İsmayılovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs17 mobil telefonunu satmaq adı ilə aldadaraq 80 manat pululnu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı İbrahim Məmmədovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokuluna əsasən xx.xx.2025-ci ildə X3 400 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşiyevin MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs15 100 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Emil Yüzbaşiyevin MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs16 124 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Sahib Əliyevin MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs13 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Şəhriyar Əsədovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə X2 150 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Vasif İsmayılovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə dostu Azər Hüseynovun adından istifadə etməklə Zərərçəkmiş şəxs11 150 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı İbrahim Məmmədovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs10 270 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı İbrahim Məmmədovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə X14 50 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Ramin Abbasovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs8 whatsapp vasitəsilə mesaj yazaraq, öznü iş yoldaşı kimi təqdim etməklə, 250 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Ramil Əliyevin MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs7, dostu Samir Hüseynovun adından mesaj yazıb aldadaraq 240 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Ramil Əliyevin MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs6, xalası Bəsirənin adından istifadə etməklə 300 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X17 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Abşero rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 bacısı Ayselin adından mesaj yazaraq aldatmaqla 30 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X17 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs5 tanışı Nərgizin adından mesaj yazaraq aldatmaqla 100 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Qobu Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X8 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Qobu qəsəbəsində yaşayan X6 tanışı X4 adından mesaj yazıb aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Qobu Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X18 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə X1 aldadaraq 130 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Qobu Polis bölməsinin polis sahə rəisi, polis mayoru X12 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Aşağı Güzdək qəsəbəsində yaşayan X23 aldadaraq 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Qobu Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X8 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 51-ünvanında yaşayan X10 aldadaraq 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Qobu Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X8 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Qobu qəsəbəsində yaşayan Əmirova jalə Babakişi qızına tanışı X4 adından mesaj yazıb aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Qobu Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X8 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Qobu qəsəbəsində yaşayan X24 tanışı X4 adından mesaj yazıb aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin saray Polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Abşeron Rayonu, Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3, dostu Qamət Abbasovun adından mesaj yazıb aldadaraq 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Mehdiabad Polis bölməsinin polis sahə rəisi, polis kapitanı Cəfər Cəfərovun MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs2 Səftar oğluna iş yoldaşı X25 adından mesaj yazıb aldadaraq 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən Mehdiabad Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X13 MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokulan əsasən Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs1 dostu X15 adından mesaj yazıb aldadaraq 284 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər X19, X31 və X20 tərtib etdikləri inzibati xəta haqqında protokolları müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərdi ki, törətdiyi əməli qəbul edir. Əməlindən peşmandır, lakin dəymiş ziyanı hazırda ödəməyə maddi imkanı yoxdur. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 izahatında bildirdi ki, tarixini tam xatırlamadığı bir vaxtda iş yoldaşının adı və nömrəsi olan nömrədən mesaj gəlmiş və ondan təcili borca pul istəmişdir. O da həmin nömrənin iş yoldaşı olduğunu zənn edərək pul göndərmişdir. Sonradan məlum olmuşdur ki, həmin nömrədən gələn mesajı iş yoldaşı yazmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X21 təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:30-dan məhdudlaşdırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməyərək, sonuncunun ondan şikayətçi olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilsə də, islah olunmamasını nəzərə alaraq, və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 avqust 2025-ci il, saat 17:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar