Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1826/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X5 Zərərçəkmiş şəxs: X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Abşeron rayonu, Xırdalan şəhəri, X6, 9-cu küçə, ev 29 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Rəhim Piriyev izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində baş vermiş mübahisə zamanı X2 vuraraq, ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X2 4 il müddət olar ki, tanıyır. Belə ki, o, Cəmaləni bacısı onun evində kirayəçi kimi yaşaması sayəsində tanımışdır. Cəmalə Türkiyə Respublikasında yaşamış, lakin xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gələn gündən ona məxsus evdə yaşayır. O, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kifayətlə söhbət edən zaman Cəmalə içəri daxil olmuş, bu zaman o, sonuncuya evin ona məxsus olmasını, ona məxsus evdə yaşamasını istəmədiyini və evdən çıxardacağını bildirmişdir. Həmin söhbət əsnasında Kifayət orada olmamış, getmişdir. O, Cəmaləni evdən çıxardacağını ona dedikdə onlar dalaşmağa başlamış və sonuncu onu yerə yıxaraq, oradan getmişdir. O, özünü toparalayaraq DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Onlar arasında baş vermiş dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt yanlarında kənar heç kəs olmamışdır. Zərərçəkmiş şəxsin dedikləri həqiqətə uyğun olmayaraq, böhtan xarakteri daşıyr. Barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Cəmalə Feyzullayeva məhkəmə iclasında izahat verərək, bildirdi ki, Şəxs 2000-ci ildən tanıyır. Belə ki, Tükəzban onun bacısının qonşusu olmuşdur. O, bacısına məxsus evi 2004-cü ildə almış, lakin həmin vaxtdan Tükəzban həmin mənzilin ona məxsus olduğuna dair əsassız iddialar qaldırmışdır. O, xx.xx.2024-cü ıl tarixdə, saat 12 radələrində qonşusu Kifayətlə söhbət edən zaman Tükəzban onların yanına gələrək, heçbir əsas olmadan onunla mübahisə etməyə başlamışdır. Tükəzban ilk olaraq yerdən daş götürərək, ona tərəf atmış, daha sonra üzərinə tərəf gələrək, sifətini cızmağa başlamışdır. Tükəzban yenə də sakitləşməyərək, evinə daxil olmuş və zibil vedrəsini gətirərək, onun başına vurmuşdur. O, həmin zərbədən huşunu itirərək yerə yıxılmış, bir müddət sonra özünə gələrək, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Hal-hazırda Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1745 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, sol saidin və sol kürək nahiyəsinin sıyrıqları, eləcə də qarının ön divarının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; xx.xx.2024-cü il tarixli 1746 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözaltı nahiyənin, burun nahitəsinin və sağ bazunun sıyrıqları küt əşyanın (əşyaların təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) hissəsində yarana bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün təyin edilmir; 26 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X1 və Şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır; Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır, keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə uyğunluq təşkil etmir və onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qadın olmasını məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətaların xarakterini, şəraitini, təqsirinin dərəcələrini, inzibati xəta törədən şəxsin qadın olmasını, onun şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini və qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1826/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1826/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver