Məhkəmə qərarları › İş №3(012)-1827/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1827/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1827/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİninİTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil,Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaFüzuli rayonu,Y.Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixində ailə-məişət münasibətlərində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə prosesində olan izahatından görünür ki, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs oğlu ilə barışmaq istədiyinə görəmübahisə etmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs oğlu bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, fərdi yaşayış evində əri X2 ilə birlikdə yaşayır. Onunla xx.xx.2020-ci il tarixdə evlənmişdir. 2020-ci ilin iyun ayında hamilə olduğunu öyrənmiş, bu barədə ərinə dedikdə əri heç nə deməmişdir. Təxminən 2-3 gün keçdikdən sonra uşağı istəmədiyini demişdir. xx.xx.2020- ri tarixdə hamilə olmasına görə aralarında mübahisə yaranmış və Marks çıxıb getmişdir. xx.xx.2020-ci il tarixədək evə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radərlərində Marks ona zəng edərək gəlib onu parka aparacağını demiş, o, da elə bildirmişdir ki, barışmaları üşün əri onu parka aparmaq istəyir. Saat 21 radələrində Marks yaşadıqları evə gəlmiş, bir müddətdən sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbiristanlığın içərisinə çatdıqda Marksa buranın park olmadığını demiş,cavabında isə Marks onun ailəsi haqqında nalayiq ifadələr işlətmiş, onun qarnına yumruqla vuraraq bu uşağı istəmədiyini demiş, onun əlindən qaçmaq istədikdə qolunu barmaqları ilə sıxmışdır. Çətinliklə onun əlindən çıxaraq evə qaçmış, həmin vaxt anası evdə olmuşdur. Evə çatdıqdan sonra huşunu itirmişdir. Bundan sonra təcili yardım gəlmiş, onu Respublika Kliniki Xəstəxanasına aparmışlar, müayinə olunduqdan sonra evinə gəlmişdir.Hazırda şikayətçidir, Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ İTŞ-yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 31Ə nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – hər iki bazunun və sağ bel nahiyəsinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən, sol saidin səthi kəsilmiş yarası isə iti kənarlı əşya təsirindən törənmişdir; qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2020-ci il tarixli USM müayinəsinə əsasən həftəlik normal gedişli hamiləlik müşahidə olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlığını iş üzrə cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar