Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1827/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən BDYPİ-in İİİ tağım YPX inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair BDYPİ-in İİİ tağım YPX inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi nəticəsində yol hərəkəti qaydalarının pozulması nəticəsində zərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsi və zərərçəkmiş şəxslərə maddi zərər vurmuşdur. Sürücü Şəxs sürücülük hüququ və avtomobilə aid müvafiq etibarnaməsi olmamışdır. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında BDYPİ-nin İİİ tağım YPX inspektoru, polis baş serjantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə tam təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə anası Çiçək Abdulaliyevaya məxsus olan VAZ 2107 markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində yorğun olduğu üçün ani anda idarəetməni itirməklə sağ tərəfdə dayanmış Mercedes markalı 2 avtomobillə toqquşmuşdur. Həmin gün spirtli içki içməmişəm, heç bir xəsarət almamışam, sürücülük hüququm yoxdur, yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə müdafiəçisi vəkil Yusifov X1 Cavid Nadir oğlu barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-in İİİ tağım YPX inspektoru, polis baş serjantı X2 xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta nömrəli protokolundan görünür ki, həmin protokol Şəxs İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, aparılmış araşdırma zamanı istintaq tərəfindən müəyyən edilərək qərarda göstərilmişdir ki, sürücü Şəxs VAZ-21070 markalı avtomobili Şamaxı istiqamətində sol zolaq ilə 40-50 km/saat sürətlə idarə edərkən yorğun olduğu üçün yuxulamış, avtomobilin sağa istiqamətləndiyini hiss edib ayılaraq qabağa baxdıqda hərəkət hissəsinin sağ kənarında dayanmış Mercedes Benz E280 markalı avtomobili görərək tormoz vermiş, lakin VAZ-21070 markalı avtomobilin qabaq hissəsi ilə Mercedes Benz E280 markalı avtomobilin arxa hissəsi toqquşmuşdur. Daha sonra VAZ-21070 markalı avtomobil irəliyə doğru hərəkət edərək yolun sağ tərəfində dayanmış digər Mercedes Benz E200 markalı avtomobillə toqquşmuşdur. Sürücü Şəxs VAZ-21070 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində VAZ-21070 markalı avtomobilin sürücüsü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddələrin tələblərinə əsasən: -yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə hərəkət iştirakçılarına və əmlaka zərər vurmamalıdırlar. -mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkətin təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidir. Qeyd olunan maddələrin tələblərinə riayət etməklə sürücü Şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və avtomobilin idarə olunması ilə əlaqədar hər hansı səbəbdən (yorğun, yuxusuz və sair) çətinlik yarandığı halda avtomobili idarə etməməli idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi hadisədən əvvəl sürücü Şəxs yorğun vəziyyətdə avtomobili idarə etməsi, bunun nəticəsində sükan arxasında yuxuluyaraq idarəetməni itirməsi və avtomobilin sağa istiqamətlənərək yolun sağ tərəfində dayanmış avtomobillər ilə toqquşması faktları onu izah edir ki, hadisənin baş verməsi sürücü Şəxs təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə əlaqədar olmuşdur. Ona görə də sürücü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, 09 oktyabr 2022-ci il saat 16 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Abşeron Rayon ərazisindən keçən 24.8-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 xəsarət alması barədə məlumat daxil olmuşdur. İş üzrə 04 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş və Şəxs barəsində İXM-nin 334.3-cü maddəsi ilə inzibati tənbehin görülməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılıq çəkməsini, onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Qobustan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1827/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1827/2022
22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver