Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1827/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1988-ci il tarixdə Qubadlı rayonunun, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Mənzil-Tikinti Kooperativində inşaat fəhləsi olaraq çalışan, Qubadlı rayonu, Qaracallı ərazi dairəsi, Qarağac kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Ramil Əliyev izahatında göstərdi ki, Şəxs 06 avqust 2025-ci il tarixdə, gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəsəbəsi, Ekologiya Postunun yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində olan “Malinka” cinsli iti oğurlamışdır. 06 avqust 2025-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, 06 avqust 2025-ci il tarixdə gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun yanından keçərkən postun arxasında bir ədəd itin dəmir dirəyə bağlanmasını görmüş və gəzdirmək üçün həmin itin ipini açaraq öz itini həmin yerə bağlamış və orada olan iti götürərək yaşadığı evə aparmışdır. Həmin günün səhəri vaxtlarında itlə birlikdə Avtovağzal ərazisində yerləşən gül mağazasında olan zaman əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq, canlının ona məxsus olmasını bildirmiş, bundan sonra orada olan polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişlər. O, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə məxsus iti qaytarsa da, lakin sonuncu ilə arasında barışıq əldə edə bilmədiyini, iti satmaq yox gəzdirdikdən sonra yenidən qaytarmaq niyyəti olduğu və həmin əməli törədən zaman içkinin təsiri altında olmasını bildirməklə, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkkəmə iclasında iştirak edərək, verdiyi izahatında bildirmişdir ki, ona məxsus oğurlanmış it Şəxs tərəfindən könüllü şəkildə deyil, polis əməkdaşlarının iştirakı və onların köməkliyi ilə qaytarılmışdır. Ona görə də, sonuncunun etdiyi əməlin cəzasız qalmamasını və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X1 qarşı «xırda talama» növündə inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;
2. “İnzibati qaydada tutma haqqında” 06 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:50-dən məhdudlaşdırılmışdır.
3. “İnzibati xəta haqqında” tərtib edilmiş 06 avqust 2025-ci il tarixli, MN № ******* protokoldan görünür ki, Şəxs 06 avqust 2025-ci il tarixdə, gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəsəbəsi, Ekologiya Postunun yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində olan “Malinka” cinsli iti oğurlamışdır.
Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddədə maddədə göstərilən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddədə göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, təqsir dərəcəsini, əməli törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, əmlak vəziyyətini, habelə əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halın mövcud olmamasını, həmçinin bu cür hərəkətləri ilə ətrafda və cəmiyyətdə mənfi emosiyalar yaratmasını nəzərə alıb, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli 06 avqust 2025-ci il saat 17:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər
Sədrlik edən: Abusət Qasımov