Məhkəmə qərarları › İş №3(012)-1829/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1829/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1829/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X8, 8-ci küçə, ev 15 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 07 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli, 2(012)- 5141/2015 nömrəli icra vərəqəsinə əsasən 15 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 22 dekabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 15 dekabr 2015-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu bildirişi qəbul etməklə, icra vərəqəsi üzrə xəbərdar edilmişdir. Bundan başqa Abşeron rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(012)-1445/2023 nömrəli icra vərəqəsinə əsasən 04 aprel 2023-cü il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 30 avqust 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu bildirişi rəsmi qəbul etməklə, icra vərəqəsi üzrə xəbərdar edilmişdir. Bundan sonrakı müddətlərdə borcu icra sənədləri üzrə göstərilən tələbin icrasından yayınaraq, şöbəyə gəlməmişdir. İcra sənədləri üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 dekabr 2024-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)- 1966/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs borclu olduğu icra sənədləri 30 yanvar 2025-ci il tarixli qərara əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-1445/2023 saylı xx.xx.2023-cü il tarixli, Abşeron rayon Məhkəməsinin 2(012)-5141/2015 saylı xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6254/20l8 05 oktyabr 2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bundan sonrakı müddətlərdə borcu tərəfindən icra sənədləri üzrə ödəniş edilməmiş, tələbkarların tələbi əsasında Şəxs barəsində protokol tərtib edilərək, məhkəməyə verilmiş, Abşeron rayon Məhkəməsinin 3(012)-330/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 01 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonrakı müddətlərdə borcundan ödəniş etməsi üçün borclu yenidən icra şöbəsinə dəvət edilsə də, lakin sonuncunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 15 may 2025-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Qeyd olunan icra sənədi üzrə Şəxs hazırda Zərərçəkmiş şəxs ödənilməli olan icra vərəqəsi üzrə 3780 manat, X6 ödənilməli olan icra vərəqəsi üzrə isə 13392 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, borcu ödəməkdən imtina etmir, lakin işsizlikə bağlı ödənişlərdə gecikmələr yaranmışdır. Lakin bildirmək istəyir ki, o, icra məmurunun çağırışlarından xəbərsiz olmuş, hər zaman polisin axtarış qərarı ilə şöbəyə gətirilmişdir. Ona müəyyən müddət vaxt verilərsə yaranmış borcundan ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli, 2(012)-5141/2015 nömrəli icra vərəqəsinə əsasən 15 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 22 dekabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay, hər uşağa 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir;

2. Abşeron rayon məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli, 2(012)-5141/2015 nömrəli icra vərəqəsi ilə bağlı 15 dekabr 2015-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu bildirişi qəbul etməklə, icra vərəqəsi üzrə xəbərdar edilmişdir;

3. Abşeron rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(012)-1445/2023 nömrəli icra vərəqəsinə əsasən 04 aprel 2023-cü il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir;

4. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 30 avqust 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu bildirişi rəsmi qəbul etməklə, icra vərəqəsi üzrə xəbərdar edilmişdir;

5. İcra sənədləri üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 dekabr 2024-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir;

6. Abşeron rayon Məhkəməsinin 3(012)-1966/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur;

7. Şəxs borclu olduğu icra sənədləri 30 yanvar 2025-ci il tarixli qərara əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-1445/2023 saylı xx.xx.2023-cü il tarixli, Abşeron rayon Məhkəməsinin 2(012)-5141/2015 saylı xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6254/20l8 05 oktyabr 2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir;

8. Abşeron rayon Məhkəməsinin 3(012)-330/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 01 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədlərində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqələrinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək, icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsini, barəsində dəfələrlə axtarış qərarı qəbul edilməsini, həmçinin bundan əvvəl barəsində qəbul edilmiş inzibati tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən eyni hərəkətlərə davam etməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 07 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar