Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1831/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, 21.111989-cu ildə Şamaxı rayonu, Dağ Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ailə Lahmacun restoranının sahibi, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 224-də yaşayan Vəzifəli şəxs Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində, sahibkarlıq etdiyi, Abşeron rayonu, Masazır qəsəbəsi, Aqil Hüseynov küçəsində yerləşən Ailə Lahmacun restoranında 12 nəfərlə birlikdə X2 ad günü keçirilməsinə şərait yaratmaqla karantin qaydalarını pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X3 DİN-in 102 xidmətinə etdiyi müraciətlə əlaqədar, sonuncunun izahatı alınarkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində, sahibkarlıq etdiyi, Abşeron rayonu, Masazır qəsəbəsi, Aqil Hüseynov küçəsində yerləşən Ailə Lahmacun restoranında 12 nəfərlə birlikdə X2 ad günü keçirilməsinə şərait yaratmaqla karantin qaydalarını pozmuşdur. Bununla əlaqədar araşdırma aparılmış, xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Ailə Lahmacun restoranında ad günündə iştirak etmiş şəxslərin izahatlatı alındıqdan sonra barələrində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Aqil Hüseynov küçəsində yerləşən Ailə Lahmacun restoranı ona məxsusdur. xx.xx.2020-ci il tarxdə saat 16 radələrində restoranda X3 özünə ad günü keçirmişdir. Restaranda olarkən Dilbərin qonaqlarının 06 nəfərdən cox olduğunu görüb, ad günü mərasiminin keçirilməsinə mane olaraq, həmin şəxslərdən restoranı tərk etmələrini tələb etmişdir. Hətta Dilbərdən 176 manat məbləğində hesabı almadan restorandan qonaqları ilə birlikdə getməsini xahiş etmişdir. Narazılıq edən Dilbərin içkili olduğundan problemlər yaratmaması üçün Dilbərə 170 manat pulu əlavə öz cibindən verərək, ad gününü başqa yerdə keçirməsini xahiş etmişdir. Hadisədən sonra restaranın admistratorunu və digər işçiləri yalnış olaraq, qeyd olunan ad günündə 06 nəfər adam olacağı barədə məlumat verdiklərinə və eyni zamanda ad günündə adamların çoxalmasına yəni karantin qaydalarını pozulmasına laqeyid yanaşdıqlarına görə tutduqları vəzifədən azad etmişdir. Həmçinin, restorandakı kamera vasitəsi ilə çəkilmiş foto görüntüləri özü polisə təqdim etmişdir. X1 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 2020-ci ilin avqust ayının sonları xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Aqil Hüseynov küçəsində yerləşən Ailə Lahmacun restoranında ad gününü keçirəcəyi barədə restoranın sahibi olan Şəhriyar adlı şəxslə razılaşmışdır. Şəhriyara 15 nəfər qonağı olacağını qabaqcadan bildirmişdir. xx.xx.2020-ci il tarixdə qızı Aytənlə birlikdə keçiriləcək ad günündə 15 nəfər qonağı üçün sifarişlər etmək məqsədilə restorana gəlmiş, Şəhriyarla bu barədə danışarkən, Şəhriyar onlara 20 nəfərlik süfrə açacağını və 176 manat hesab olacağını demişdir. Beh olaraq, Şəhriyar ondan 30 manat pul kassaya ödətdirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində, özü və 11 nəfər qonağı ilə birlikdə həmin restorana gəlmişdir. Restoranda 20 nəfərlik masa açıldığını gördükdə, oranın işçisindən artıq masanın düzülməsinin səbəbini soruşduqda, həmin işçi ona əlavə qonağı olacağı təqdirdə qabaqcadan tədarük görüldüyünü izah etmişdir. Bundan sonra qonaqları ilə birlikdə yeyib-içib əylənmiş, rəqs etmişlər. Qonaqları spirtli içki qəbul etsələr də özü içki içməmişdir. Təxminən saat 20 radələrində Şəhriyar içəri daxil olaraq, ad gününü keçirilməsini dayandırılmasını və restoranı tərk edilməsini bildirərək nalayiq ifadələrlə tələb etmişdir. Verdiyi behi tələb etdikdə, Şəhriyar ona 30 manat pul geri qaytarmış, ondan şikayət etməsin deyə əlavə olaraq ona 100 ABŞ dolları vermişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün, şahidin izahatı, və işdə olan çəkilmiş fotoşəkillə tam sübutla da təsdiq olumuşdur. Belə ki fotoşəkillərdən görünür ki, 03 ədəd masa arxasında oturacaqlar bir birinin yanına qoyulmuş, sosial məsafə olan oturacaq arası 1 m məsafəsi gözlənilməmiş, həmçinin masa arxasında 06 nəfərdən çox şəxlər əyləşmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən ictimai iaşə obyektlərinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat inzibati cərimə olunsun. Qərarın icrası Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1831/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1831/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver