Məhkəmə qərarları › İş №3(012)-1831/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1831/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1831/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə 21 iyul 2025-ci il tarixli, EQ 29408526 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən X2 21 iyul 2025-ci il tarixdə, saat 16:31-də M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti ərazisində idarə etdiyi avtomobillə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə inzibati xəta M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti ərazisində qeydə alınmışdır. İnzibati xətanın törədildiyi yer isə müvafiq portaldan əldə olunmuş elektron xəritəyə görə Şabran rayonunun ərazisinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətşikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İndiki halda inzibati xəta hadisəsi Şabran rayonu ərazisində törədilmiş və şikayət vermiş şəxs işə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə 21 iyul 2025-ci il tarixli, EQ 29408526 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar