Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1836/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs, X2, X1 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının DİN-nin BDYPİ tərəfindən Şəxs, X2, X1 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə görə inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, X2, X1 barəsində tərtib edilmiş protokollara baxılması üçün məhkəməyə göndərilməsi barədə məktub tərtib edilmədiyinə, ayrı-ayrı icraatda ayrılıb baxılması mümkün olmadığından, natamam olduğundan işə baxmaq və qanuna müvafiq qərar qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəməyə təqdim edilmiş inzibati protokol və ona əlavə olunmuş materialda yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Qeyd edilənlərlə bağlı hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101, 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs, X2, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə DİN BDYPİ-nə geri qaytarılsın. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ AZ-0100 Xırdalan şəhəri, Kalyubeya küç., 5 Tel: Tel: (012) 342-07-07, Faks: Faks: (012) 342-11-44 www. Elektron ünvan Elektron ünvan xx.xx.2020-ci il № 3(012)-2407/2020 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ŞƏN MMC, CASPİAN FİSH CO AZERBAİJAN MMC, GİLAN-TN MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati protokol Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Sizə qaytarılır. Qoşma: inzibati protokol və ona əlavə edilmiş sənədlər « » vərəqədə, qərardadın surəti _______ vərəqədə Hörmətlə Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1836/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1836/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver