Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1838/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs Məhdud Tikinti Kooperativinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Məhdud Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 26 avqust 2024-cü il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs Məhdud Tikinti Kooperativi 60000.00 ABŞ dolları məbləğində vəsaiti 10 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 60000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Şəxs Məhdud Tikinti Kooperativi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə Açıq Səhmdar Cəmiyyətinin tutulmuş inzibati xətanı törətmişdir. Xəta 11 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və barəsində inzibati icraat aparılan hüquqi şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Tikinti Kooperativi məhkəməyə ərizə və sənədlər ünvanlayaraq, MTK ilə Türkiyə Respublikasının “Eleks Dış Ticarət A.S” arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə benefisiara köçürülən 60000.00 ABŞ dollar məbləğində vəsaitin hesabana alınan mallar Azərbaycan Resbublikası tam həcmdə idxal olunmuşdur. Bu fakt müqavilələlər üzrə üzləşmə aktı və bank tərəfindən qeydiyyata alınmayan **********6839 nömrəli YGB ilə təsdiq olunur. Buna baxmayaraq köçürülmüş vəsait hesabına alınan malllar bank tərəfindən müvafiq qaydada qeyydiyata alınmamışdır. Bunu təsdiq edən üzləşmə aktı, qeyydiyyata alınmıyan gömrük bəyanaməsi və bank arayışı tərəflərindən ərizəyə əlavə olunmuşdur. Həmin sənədlərin "xxxx" ASC tərəfindən qeyydiyata alınmamasının səbəbi texniki səhvlə bağlıdır. İşə onların iştirakı olmadan baxılıb, xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs Məhdud Tikinti Kooperativi ilə «Eleks Dış Ticarət A.S» arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanılmışdır. "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024cü il tarixli, KB-119/2-202/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ barədə sənədlərin təqdim edilmədiyi müəssisələrin siyahısında Şəxs Məhdud Tikinti Kooperativinin adı qeyd edilmiş və MTK tərəfindən 60000.00 ABŞ dollar vəsaitin ödənişi xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şəxs MTK (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülmüş 60000.00 ABŞ dolları məbləğin qarşılığı üçün təqdim olunan **********6839 saylı GB ilə uyğunsuzluq olduğu üçün portalda qeydiyyat aparılmamışdır. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Məhdud Tikinti Kooperativi barəsində EP ******* nömrəli, 26 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoli və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Tikinti Kooperativi tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs Məhdud Tikinti Kooperativinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən və "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, MTK tərəfindən “Eleks Dış Ticarət A.S” arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə benefisiara köçürülən 60000.00 ABŞ dollar məbləğində vəsaitin hesabına alınan mallar Azərbaycan Resbublikası tam həcmdə idxal olunmuşdur. Bu fakt müqavilələlər üzrə üzləşmə aktı və bank tərəfindən qeydiyyata alınmayan **********6839 nömrəli YGB ilə təsdiq olunur. Buna baxmayaraq köçürülmüş vəsait hesabına alınan malllar bank tərəfindən müvafiq qaydada qeyydiyata alınmamışdır. Beləliklə, məhkəmə işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxsin hərəkətində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmadığından Şəxs Məhdud Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43 , 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1838/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1838/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver