Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1840/2025 22.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən daxil olmuş protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan EQ 26603070 saylı qərarı qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Abşeron rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində çıxarılan inzibati xəta haqqında protokolda göstərilən “NİSSAN MAXİMA MİNİK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus deyil və nə vaxtsa mülkiyyətində elə bir maşın da olmayıb, buna görə də barəsində tətbiq edilən cəriməni qəbul etmir. Eyni zamanda bildirmişdir ki, barəsində tətbiq edilən inzibati xəta haqqında protokoldan xəbəri olmayıb, ona hər hansısa SMS yaxud bildiriş göndərilməyib. Məhkəməyə atası X1 məxsus “MİTSUBİSHİ OUTLANDER MİNİK” markalı **-NV-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və həmin nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən etibarnaməni təqdim edərək, barəsində tətbiq edilmiş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədə xahiş etdi. Azərbaycan Respublikası İXM-in 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsininin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş digər materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərarı qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “MİTSUBİSHİ OUTLANDER MİNİK” markalı **-NV-*** qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2026-cı il tarixədək mülkiyyətçi X2 tərəfindən Şəxs etibar edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını, tədqiq edərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ərizəsinə və toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmir və onun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətləri olmadığından, inzibati məsuliyyətdən azad edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 109.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1840/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1840/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver