Məhkəmə qərarları › İş №3(012)-1844/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1844/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1844/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 00100/02405/23 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş 00100/02405/23 nömrəli, xx.xx.2023-cü nömrəli inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş 00100/02405/23 nömrəli, xx.xx.2023-cü nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 95 gömrük bəyannaməsi üzrə ümumilikdə 2186585,50 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 2186585,50 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12.2ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların əyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidir. Qeyd olunan faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma ilə bağlı Şəxs MMC-nin nümayəndəsi Zakir Ağayev şifahi sorğu-sual zamanı qeyd olunan gömrük bəyannaməsi üzrə ödənilməli olan vəsaitin tam şəkildə ödənildiyini bildirmişdir. Araşdırma məqsədi ilə tərəflərindən 3-33-/3-1-023880/2023 nömrəli, 3.08.2023-cü il tarixli raportla Rəsmiləşdirmə mərkəzinə Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmiləşdirilən gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği barədə məlumat verilməsi məqsədiilə müraciət edilmiş və həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33.3-1-024853/2023 saylı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək rəsmiləşdirilən 02 gömrük bəyannaməsi (**********2205 və **********5157) üzrə 8116,94 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. Baxış nəticəsində Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən və fəaliyyət göstərən “FB SERVİS” şirkəti və “AELİTA”A.S.C şirkətləri arasında bağlanmış müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə **********2205 və **********5157 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 8116,94 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda, köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 qeyd olunan inzibati xəta üzrə MMC-ni təqsirli bilmədi və izahatında bildirdi ki, **********2205 və **********5157 sayı bəyannamələr üzrə qalıq məbləğin mədaxil edilməməsi müvafiq olaraq Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar qarşı tərəfin ödənişi etməməsi olmuşdur. Lakin, məhkəməyə təqdim etdikləri ödəniş qəbzindən göründüyü kimi, hər iki qaimə üzrə cəmi 8018 ABŞ dolları məbləğində pul vəsaiti artıq Paşa Bank vasitəsi ilə MMC-nin hesabına mədaxil edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 95 gömrük bəyannaməsi üzrə ümumilikdə gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği 02 gömrük bəyannaməsi (**********2205 və **********5157) üzrə 8116,94 ABŞ dolları qalıq məbləği xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda, köçürülməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən məhkəməyə hər iki qaimə üzrə cəmi 8018 ABŞ dolları məbləğində pul vəsaitinin artıq Paşa Bank vasitəsi ilə MMC-nin hesabına mədaxil edilməsi barədə təqdim etdiyi mədaxil qəbzini inzibati xəta protokolunun dəlilləri ilə əlaqələndirmək mümkün olmadığından sübut kimi qymətləndirilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməllərində İXM-nin 483-cü maddəsinin tərkib hissəsi mövcuddur və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Lakin , işin materiallarından müəyyən edilir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçib. Belə ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 8116,94 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda, köçürülmədiyi müəyyən edilmişdir. Bu hal protokol tərtib edən tərəfə elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə məlum olmuşdur. Yəni, göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddətinin başlanğıc anı xx.xx.2022-ci il tarixdən, məlum olduğu tarixdən isə yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Həmin vaxtdan isə hal-hazıradək göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddəti 01.12 2023-cü il tarixdə bitdiyi halda, həmin vaxtdan artıq göründüyü kimi qanunla müəyyən edilən bir illik cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olsa da, iş üzrə başlanmış inzibati iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 00100/02405/23 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu üzrə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar