Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1845/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nın ehtibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023 - cü il tarixində saat təxminən 22:42 radələrində, həyat yoldaşı X5 məxsus 50DK351 dövlət qeydiyyat nömrə nişanlı Hundai Accent markalı avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Saray qəsəbəsi H.Əliyev küçəsində işıqforda qarşıda (yol ayrıcında) hərəkətini dayandıran nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün öz zolağı daxilində, mövcud 1.1 xəttinin tələbini pozmadan (xətt ilə avtomobilim arasında minimum 80 sm məsafə olub) sola cüzi manevr edilən zaman (avtomobilimdə olan videoqeydiyyatçıda açıq aşkar görünür), arxadan yüksək sürətlə hərəkət edən və Yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozan 77DK601 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə etdiyi eyni markalı avtomobilə sol tərəfindən gəldiyi yüksək sürətlə çırpılaraq yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Belə ki, işıqfora çatmamış mövcud olan 1.1 xəttinin tələbi və Yol hərəkəti haqqında qanunun 51-ci maddəsi arxadan gələn nəqliyyat vasitəsinə ötməni qadağan etməsinə, qarşı zolaqdan hərəkət edən nəqliyyat vasitələrinin intensiv hərəkəti səbəbindən ötmə əməliyyatının icra edilməsinin qadağan edilmədiyi hallarda belə ötmənin mümkün olamamasına baxmayaraq, qeyd olunan nəqliyyat vasitəsi yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozaraq yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. İdarə etdiyi avtomobildə quraşdırılmış videoqeydiyyatçıda açıq şəkildə əksini tapmasına və hadisənin baş verdiyi yerdə ATŞ-97 nömrəli təhlükəsiz şəhər kamerası olmasına baxmayaraq hadisəni araşdırmaqla məsul olan, Abşeron Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis mayoru X10, təhlükəsiz şəhər kamerasının görüntüsünü tələb etməsinə baxmayaraq həyat yoldaşına göstərmədən (etibarnamə əsasında məni təmsil edirdi), böyük ehtimalla heç özü də izləmədən (izlədiyi halda qarşı tərəfin kobud pozuntularını görməməsi mümkün deyil) onun barəsində İXM-nin 327.1 - ci maddəsinə əsasən İXP5692379 nömrəli protokol tərtib olunmuş və protokol barəsində TP ******* nömrəli (qarşı hərəkət zolağına çıxmadan manevr qaydasının pozulması haqqında) qərar qəbul edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini bu sahə üzrə ixtisaslaşmamış və Yol hərəkəti haqqında qanundan cuzi xəbəri olan bir şəxsə belə təqdim ediləcəyi zaman qarşı tərəfin yol verdiyi qayda pozuntularını həmin şəxsin rahat şəkildə müəyyənləşdirə biləcəyi halda, pozuntuların bu sahədə xüsusi ixtisaslaşmış bir polis mayoru tərəfindən müəyyənləşdirilə bilməməsi və hadisənin günahkarı olaraq öz zolağında hərəkət edən avtomobilin sürücüsünün tanınması onda, ya qeyd olunan polis zabitinin vəzifə borclarını yerinə yetirmək üçün kifayət qədər savadının olmaması (bu hal məncə çox zəif ehtimaldır), ya da hansısa maraq qarşılığında bu qərarı qəbul etməsi şübhələrini yaradır. Belə ki, o görüntünü təqdim edərək bu qayda pozuntularına münasibət bildirməsini tələb etdikdə, mayor S.Nəbiyev israrla işıqfora çatmamış yerdə olan 1.1 xəttinin ötmə əməliyyatını qadağan etmədiyini bildirməsi ilə yanaşı, qanunla qadağan olunmasına baxmayaraq yol ayrıcında qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı həyata keçirən və 1.1 xəttinin tələbini kobud şəkildə pozan 77DK601 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün heç bir məsuliyyətə cəlb olunmaması onda bu şübhələrin artmasına səbəb olmuşdur. Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin ehtibarnamə üzrə nümayəndəsi X8 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - Abşeron rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Hundai Accent markalı 50DK351 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək idarə etdiyi üçün barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim olunmuş fotogörüntüdən məlum olur ki, yolun kənarında səkidə quraşdırılmış nişan ağac budaqları ilə örtülmüşdür. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 327.1-cü maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında icraatın X4 barəsində başlanılmasının səbəbi xx.xx.2023-cü il tarixdə saat Hundai Accent markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək idarə etməsi ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında tədqiq edilmiş qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X4 tərəfindən törədilməsi iddia edilən İXMin 327.1-ci maddəsinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır, şikayətçi tərəfindən təqdim edilmiş videogörüntüyə baxaraq qiymətləndirilməmiş, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsini özündə əks etdirən sübutlar əldə edilməsi istiqamətində araşdırma aparılmamışdır. Halbu ki şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdən görünür ki, inzibati xətanın baş verdiyi ərazidə ATŞ-97 nömrəli təhlükəsiz şəhər kamerası mövcuddur. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Pİ-in DYPŞ-si yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Lakin iş materialları ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşması halı müəyyən edilmir. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Abşeron rayon Pİ-in DYPŞ-si yalnız öz subyektiv mülahizələrinə əsasən X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul edilən məhkəmə aktı o zaman qanuni və əsaslı hesab edilir ki, iş üzrə sual doğuracaq hallar aradan qalxmış olsun və müəyyən edilməsin. Çünki ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə qərarının qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİ-in X6 yerləşdirilmiş inzibati cərimələr silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1845/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1845/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver