Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1847/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsi Saray polis bölməsinin sahə rəisi polis mayoru X1, müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Beyləqan şəhəri, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Beyləqan şəhəri, Örənqala qəsəbəsində qeydiyyatda olan və müxtəlif ünvanlarda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi Saray polis bölməsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Saray qəsəbəsi, Badamlıq adlanan ərazisində olan evindən ümumilikdə 100 manat dəyərində samovar və elektrik naqilini talamışdır. 12 yanvar 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Saray kəndi, R.Təhmasib küçəsi, ev 28 ünvanında olan evindən 70 manat dəyərində istilik radiatorunun naqilini və elektrik kabelini oğurlamışdır. 04 may 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Saray kəndi, R.Təhmasib küçəsində olan evindən 100 manat dəyərində qızıl-zinyət əşyalarını oğurlamışdır. 31 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Saray kəndi, M.İbrahimov küçəsində yaşayan Zərərçəkmiş şəxs11 VAZ 2107 markalı avtomobilin 85 manat dəyərində akkumlyatoru talamışdır. 18 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Saray kəndi, M.Dilbazi küçəsində yaşayan Zərərçəkmiş şəxs4 evinin həyətində 40 manat dəyərində 4 ədəd quşlarını və 50 manat dəyərində elektrik naqilini talamışdır. 20 mart 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Saray kəndi, E.Hümbətov küçəsi, ev 28 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 evinin çöl tərəfində saxladığı Ford markalı avtomobilinin qabaq sağ yan şüşəsi sındırılaraq salondan dəyəri 15-20 mnat olan çantasını talamışdır. 04 fevral 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Saray kəndi,ünvan 3 ünvanında yaşayan X7 evinin qarajından ümumilkdə 100 manat dəyərində velosiped və drelini talamışdır. 16 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Saray kəndində yaşayan Zərərçəkmiş şəxs7 evinin həyətindən ümumilkdə 20 manat dəyərində taxta materialı talamış, həm də pəncərəni sındırmaqla 50 manat dəyərində ziyan vurmuşdur. 17 yanvar 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Saray kəndində yaşayan Zərərçəkmiş şəxs8 evinin həyətindən ümumilkdə 100 manat drel və cib bıçağını talamışdır. 02 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrindən xx.xx.2022-ci il tarixdə saat 17 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Saray kəndi, Səttar Bəhlulzadə küçəsində yerləşən evin yataq otağında yerləşən dolaba qoyulmuş dəyəri 90-100 manat təşkil edən bijuteriya aksesuarlarını tamah məqsədilə gizli formada talamışdır. 10 mart 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Saray kəndində yerləşən torpaq sahəsində olan hindən 45 ədəd göyərçini gizli formada talamışdır. 02 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru Abşeron rayon Polis İdarəsi Saray polis bölməsinin sahə rəisi polis mayoru X2 protokolla eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli MN serialı, 1550831, 1550737, 1550654, 1550747, 1550738, 1550740, 1550739, 1550748, ******* və ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXMnin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların qəbul edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokollar isə baxılması üçün xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Sözügedən protokollar baxılması üçün xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN serialı, 1550831, 1550737, 1550654, 1550747, 1550738, 1550740, 1550739, 1550748, ******* və ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməli, digər epizodlar üzrə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN serialı, 1550831, 1550737, 1550654, 1550747, 1550738, 1550740, 1550739, 1550748, ******* və ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXMnin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1847/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1847/2022
22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver