Məhkəmə qərarları › İş №3(012)-185/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-185/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-185/2021 19.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şəxs inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin sahə rəisi, polis mayoru X2, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işsiz, Abşeron rayonu, H.Əliyev prospekti 6 üenvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin sahə rəisi, polis mayoru X5 bildirdi ki, Şəxs xx.xx.2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri,Quşçuluq Y/M, H.Arif küçəsi, ev 11-də yaşayan Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Saray qəsəbəsi.yeni məhəllədə yerləşən həyətyanı sahəsindən bir ədəd somavarı talamaqla nəticədə 90 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivində yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin darvazasının sağ divarına quraşdırılmış elektrik naqillərini talamaqla nəticədə 41 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, 27 saylı evdə yaşayan X7 məxsus evə pəncərədən daxil olaraq oradan 12 ədəd hər birinin dəyəri 6.50 manat, 50 metr uzunluğunda hər birinin dəyəri 0.40 qəpik olan ümumi dəyəri 20 manat elektrik naqillərini talamaqla nəticədə 98 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə inşa etdirdiyi təmir gedən evinə pəncərədən daxil olma yolu ilə 60 manat dəyərində drelini talamaqla nəticədə 60 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Əsgərov Eldəniz Zöhrab oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Oba marketin qarşısından 6 ədəd palet taxtaları talamaqla nəticədə mülkiyyətçiyə 36 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Əsgərov Eldəniz Zöhrab oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus 250 manat dəyərində velosipedini yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k-da yerləşən binanın qarşısındakı dəhlizdən gizli yolla talamaqla nəticədə 250 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Oba marketdən 70(yetmiş) manat 60 (altmış) qəpik dəyərində məhsulu talamaqla nəticədə 70 (yetmiş) manat 60 (altmış) qəpik məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs7 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır, lakin əsl niyyəti oğurluq etmək olmamış, həmin kabellərin tullantı olmasını zənn etmiş və hazırki əməli törətmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil oğlu çıxışında Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Prosbasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar