Məhkəmə qərarları › İş №3(012)-1852/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1852/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1852/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mövsumova Kubra Mirhüseyn qızının, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan həmin ünvanda yaşayan Mövsumova Kubra Mirhüseyn qızı barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517.2-1-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq QƏRARA ALDİ: Mövsumova Kubra Mirhüseyn qızı barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Mövsumova Kubra Mirhüseyn qızı xx.xx.2020-ci il tarixdə tətbiq olunmuş ölkədə tətbiq olunmuş komendant rejimini pozduğuna görə ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə Mövsumova Kubra Mirhüseyn qızı Azərbaycan Respublikası İXM-nin 517.2-1-ci və 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəməyə daxil olmuş ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Mövsumova X3 rayonu, Xırdalan şəhəri ərazisində xx.xx.2020ci il tarixdə ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə bağlı qaydaları pozmuşdur. Nəticədə Mövsumova Kubra Mirhüseyn qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bundan başqa, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Mövsumova Kubra Mirhüseyn qızı tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X4 məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 00.50 radələrində Abşeron rayonu, Xırdalan şəhərində ƏÇPA-nın 12 PB-nin polis nəfəri, polis serjantı T.Həsənov, E.Əliyev tərəfindən raporta əsasən Mövsumova Kubra Mirhüseyn qızı ölkədə tədbiq olunmuş hərbi rejim vəziyyətinə pozduğuna və polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 517.2-1-ci və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Mövsumova Kubra Mirhüseyn qızı törətdiyi inzibati xətanı etiraf edərək məhkəmədə verdiyi izahatında göstərdi ki, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil Mövsumova Kubra Mirhüseyn qızının əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə Mövsumova Kubra Mirhüseyn qızının inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya Mövsumova Kubra Mirhüseyn qızı barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Mövsumova Kubra Mirhüseyn qızı Azərbaycan Respublikası İXM-nin 517.2-1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-cı maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi” haqqında fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Milli Məclisi ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatının tətbiq edilməsini qərara almışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Mövsumova Kubra Mirhüseyn qızının məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə hesab edir ki, Mövsumova Kubra Mirhüseyn qızına cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur.. İnzibati xəta törədən şəxs Mövsumova Kubra Mirhüseyn qızına məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Mövsumova Kubra Mirhüseyn qızı Azərbaycan Respublikasının İXM-nin 517.2-1-ci və 535.1-ci maddələr ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs X2 məhkəmə iclasında 6 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Bakı şəhər, Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar