Məhkəmə qərarları › İş №3(012)-1854/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1854/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1854/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və Xırdalan şəhərində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi südçülük sovxozu ərazisində yaşayan Zərərçəkmiş şəxs1 100 manat pulunu ələ keçirmişdir. 08 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən evdən 50 manat dəyərində 2,5 metr uzunluğunda dəmir parçasını talamışdır. 02 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs3 70 manat dəyərində təmir çantası oğurlamışdır. 28 mart 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşadığı binanın dəhlizində saxladığı Toba markalı velosipedi gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 200 manat məbləğdə maddi ziyan vurmuşdur. 31 may 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Toyota” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşına müştəri qismində əyləşərək onu aldadaraq 16 manat nağd pulunu ələ keçirmiş və 10 manat gediş haqqını da ödəmədən çıxıb getmişdir. 12 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının çöl hissəsində quraşdırılmış, Zərərçəkmiş şəxs6 məxsus 100 manat dəyərində su sayğacını oğurlamışdır. 29 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X10 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, oğurladığı əşyaları satıb şəxsi ehtiyaclarına xərcləmişdir, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli MN serialı, 1341716, ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların qəbul edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MN serialı, 1341716, saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, MN serialı, ******* saylı protokolda qeyd olunan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş, Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Sözügedən protokollar baxılması üçün xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs narkotik vasitə aludəçisi olmasını nəzərə almaqla ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN serialı, 1341716, MN serialı, ******* saylı saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməli, digər epizodlar üzrə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN serialı, 1341716, MN serialı, ******* saylı protokollarda qeyd olunan inzibati xəta haqqında epizod üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar