Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1854/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, inzibati xəta barədə protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X5 iştirakı ilə, xx.xx.1982-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, “Qəsr MTK” ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis polis mayoru X7 izahat verərək bildirdi ki, Şəxs 07 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Qəsr MTK-da X10 döymüşdür, lakin ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qeyd edilən tarixdə evdə oturduğu zaman oğlunun ağlaya-ağlaya və köynəyinin cırılmış vəziyyətdə evə gəldiyini görmüşdür. Oğlu ona döyüldüyünü bildirmişdir. Binanın blokuna düşən zaman orada olan uşaqlardan birinin oğlunun velosipedinin sürdüyünü görmüşdür, bundan sonra o oğlana yaxınlaşıb nə üçün dalaşdığını soruşduqda, oğlan ona “mən buranın qoçusuyam” deyərək oğlunun üzərinə hücum çəkmişdir. O, onu döymədiyini sadəcə kənarlaşdırmaq istədiyini bildirdi. Bu səbəbdən deyilənlər həqiqətə uyğun olmayaraq, böhtan xarakteri daşıyır. Barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, döyülən X12 onun övladıdır. Həmin gün oğlunun pis vəziyyətdə döyüldüyünü öyrənmişdir. Daha sonra binanın blokunda olan müşahidə kameralarından görüntüləri çıxartdırmışdır.Məlum olmuşdur ki, hadisəni Tamerlan törətmişdir. Hazırda Tamerlandan bir ana kimi şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qeyd olunan tarixdə həyətə düşən zaman bir şəxsin qardaşı oturan tərəfə iti addımlarla yaxınlaşdığını görmüşdür. O, heçnəyi başa düşməmiş və yavaş-yavaş qardaşı tərəfə yaxınlaşmışdır. Şəxsin çatan kimi qardaşının köynəyindən tutaraq havaya qaldırdığını gördü və dərhal ona tərəf qaçmağa başlamışdır. Həmin şəxsin qardaşını döydüyünü bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, X6 müdafiə etdiyi şəxsin himayəsində 2 azyaşlı övladının olmasını və əməlin zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində törədildiyini bildirərək onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1354 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər – üzün sağ gözaltı nahiyələrinin qançırı, böyun nahiyəsinin qançırı və sıyrığı, döş qəfəsinin, sol və sağ baldır nahiyələrinin sıyrıqları, sağ diz oynağı nahiyəsinin şişkinlikli qançırı, küt əşyanın(əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixinə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları dərəcələri üçün təyin edilmir; 20 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X16 və X2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; Məhkəmə iclasında tədqiq edilmiş video görüntülərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli şahidlərin məhkəmə iclasında vermiş olduğu izahatı, tədqiq edilmiş video görüntülər, 20 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və video görüntülərlə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində 2 azyaşlı övladının olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirildi. 33.1.4-cü madədsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirildi. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildiyini və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 müvafiq olaraq 44 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 avqust 2025-ci il, saat 18:05 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 müvafiq olaraq 44 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1854/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1854/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver