Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1856/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 05.11. 2022-ci il tarixdə, saat 11:10 radələrində Abşeron rayonu DYP Saray postunda X2 avtobus markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşını yükdaşıma zamanı idarə edərkən tələb olunan qanunla nəzərdə tutulmuş sənədləri X1 Xidmətinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “X2” avtobus markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman məlumatlar portalda olduğu üçün sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında X1 Xidməti tərəfindən onun barəsində tərtib olunmuş MN0316399 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğunu əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş “fərqlənmə nişanı”ndan görünür ki, “X2” avtobus markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi üçün verilmiş fərqlənmə nişanı xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Şəxs şəxsiyyətini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 0100; Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5. Tel: ***-***-**-**; Faks: ***-***-**-**; Elektron poçtu: mailto:contact@absheroncourt.gov.azElektron ünvan _______________________________________________________________________________ № 3(012)-802/2020 06 avqust 2020-ci il Şəxs Sumqayıt şəhəri, 16-cı mkr, ev 206b,otaq 10 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında X1 Xidmətinin Sumqayıt Regional Şöbəsinə Sumqayıt şəhəri, 14-cü məhəllə, S.Vurğun küçəsi, 221 Abşeron Rayon Məhkəməsinin 3(012)-802/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1856/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1856/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver