Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1856/2024 02.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin bölgə rəisi X2 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə1 protokola uyğun izahat verməklə məhkəmədən Şəxs MMC müvafiq icazə olmadan kommunikasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Əlavə olaraq bildirdi ki, 24 saat ərzində daxil olmaq və təmir işləri aparmaq üçün müvafiq icazə alınmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, ona görə də Şəxs MMC barəsində inzibati məsuliyyətə cəlb olunub barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, “Telekommunikasiya şəbəkələri, vasitə və quröularını mühafizə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 5.1.-ci maddəsinəəsasən telekommunikasiya operatorlarının texniki işçiləri üçün həmin operatorlara telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər. Həmin qərara əsasən onların bu hüququ vardır. Həmin hüquqları olduqları üçün təmir bərpa işləri aparmışlar. Əlavə olaraq bildirdi ki, təcili təxirəsalınmaz hal olduğunu sübut edə bilmirlər və bunun üçün icazə almağa zərurət olmayıb. Qanunun özü 24 saat ərzində imkan verir ki, bu halı aradan qaldırsınlar. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin bölgə rəisi X2 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Binəqədi-Novxanı AV yolu Novxanı bağ massivi H.Əliyev pr (dəmir yolu körpüsünün yaxınlığı) Şəxs MMC müvafiq icazə olmadan kommunikasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Novxanı bağ EATS–dən H.Əliyev prospekti boyunca OPŞ 4 istiqamətində Abşeron TKQ-yə (filial) məxsus KKQ-dən FO-24 kabelində xx.xx.2024-cü il tarixində zədələnmə (lifdə sönmələr) aşkar olunmuşdur. Kabeldə yaranmış zədələnmənin aradan qaldırılması üçün təcili və təxirə salınmaz təmir-bərpa işləri aparılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0-cı maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(012)-1856/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1856/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver