Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1857/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, inzibati xəta haqqında iş üzrə şikayət verən X2 iştirakları ilə, X2 Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis X1 Bölməsinin sahə rəisi X6 MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona qarşı xuliqanlıq cinayəti törədən Babaşov Zahir Allahverdi oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanması və X6 cinayət məsuliyyətinə cəlb edilməsi üçün materialın aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X15 MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Babaşov Zahir Allahverdi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini müəyyən edərək barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh verilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X10 xx.xx.2024cü il tarixli qərarı əsassızdır, ona qarşı açıq-aşkar qərəzlidir, həmin qərar ləğv edilməlidir və Babaşov Zahir Allahverdi oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə cinayət işi başlanması üçün material aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilməlidir. Baş vermiş cinayət hadisəsi ilə ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, 10 sentyabr 2023-cü il tarixdə azyaşlı oğlu Nihad Ağahəsənovun doğum günü olduğu üçün axşam saat 21:00 radələrində oğlu və qonşunun oğlu X4 birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Heydər Əliyev küçəsində fəaliyyət göstərən “Zümrüd” marketə tort almağa getmişlər. Mağazadan çıxaraq “Araz” market istiqamətində evə tərəf gedərkən dəftər mağazasının qarşısında kimsə qəflətən qərəzli olaraq ona zor tətbiq edərək onun arxadan başından silah qismində istifadə etdiyi dəmir küt alətlə vurmuşdur. Bu zaman o, geriyə doğru dönmüş və onu vuran şəxsin Zahir Babaşov olduğunu görmüşdür. Zahir Babaşov onun özünü itirdiyini görüb ikinci dəfə yumruqla onun göz nahiyyəsinə vurmuş, o zərbənin təsirindən yerə yıxılmış, Zahir isə qaçaraq evinin həyətinə daxil olmuşdur. Zahirin qərəzli şəkildə onu iki dəfə vurmağını və onun yerə yıxılmasını qonşulaır İlqar, Tapdıq, Eyvaz, Solmaz və mağazaya gələn X11, X4, X3, X7 adlı şəxslər görmüşlər. Sonra hadisəni görən İlqar, Elvin, Namiq, Tapdıq, Eyvaz və Solmaz ona yaxınlaşmışlar, qonşu Namiq Mürsəlov isə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə X20 avtomobili dəvət edilmiş və onu xəstəxanaya aparmışlar. Xəstəxanada onu müayinə etmişlər və müəyyən edilmişdir ki, yumruq zərbəsi nəticəsində başında 3 (üç) ədəd deşik yaranmış, gözünün altı isə yumruq zərbəsindən göyərib şişmişdir. Ona ilkin tibbi yardım göstərilmiş, ağrıkəsici iynələr vurulmuş, 3 saatdan sonra isə onu Abşeron rayon Polis İdarəsinə izahat verməyə apararaq orada izahatını almışlar. Onun izahatı əsasında iş başlansa da, lakin Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X8 yerlibazlıq edərək, ona qarşı qərəzçilik nümayiş etdirmiş və ona qarşı törədilmiş xuliqanlıq cinayətini ört-basdır edərək, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli əsassız qərar qəbul etmişdir. Müstəntiqin həmin qərarından o, məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 6(012)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətinin təmin edilməsi, Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, şikayətdə və hazırki qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallarda hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilməsi, qərarın icrası Abşeron Rayon Polis İdarəsinə, qərarın icrasına nəzarət edən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır. Cinayət işi ilə əlaqədar əlavə araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 290/MEŞ saylı rəyində qeyd edilmişdir ki, onda aşkar edilmiş xəsarətlər - başın təpə nahiyyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı və sıyrığı bərk küt əşyanın (əşyaların) zərbələri təsirindən törənmişdir, onun tibbi yardım üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Onda aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını əsasən həmin xəsarətlər müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə “beşbarmaq” adlanan alətin təsirindən törənə bilmələri inkar edilmir. Sadalananlardan göründüyü kimi, Babaşov Zahir Allahverdi oğlu ictimai qaydanı kobud surətdə pozaraq, ictimai yerdə Abşeron rayonu, Masazır qəsəbəsi, Heydər Əliyev küçəsində fəaliyyət göstərən “Zümrüd” marketin yaxınlığında, cəmiyyətə açıqca hörmətsizlik edərək X11, X4, X3, X7, İlqar, Elvin, Namiq, Tapdıq, Eyvaz və Solmaz adlı şəxslərin gözü qarşısında, onu başından beşbarmaqla və gözünün altından yumruq ilə vuraraq ona qarşı zor tətbiq etmişdir. Buradan açıq-aşkar görünür ki, Babaşov Zahir Allahverdi oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Sonda o, Abşeron Rayon Polis X1 Bölməsinin sahə rəisi X6 MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona qarşı xuliqanlıq cinayəti törədən Babaşov Zahir Allahverdi oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanması və X6 cinayət məsuliyyətinə cəlb edilməsi üçün materialın aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən DİN-nin Abşeron RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin obyektiv araşdırılması üçün inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə baxılması ilə əlaqədar materialın təqdim olunmasını inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Abşeron RPİ-dən məhkəməyə təqdim olunmuş materialı nəzərdən keçirmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, həmin iş üzrə Pİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti verilmiş şikayət əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 6(012)-38/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə şikayətinin təmin edilməsi, Abşeron rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və bunun nəticələrini gözləmədən qəbul edildiyindən şikayətin dəlilləri əsaslı hesab edilməli, təmin edilməli Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və əlavə araşdırma aparılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Babaşov Zahir Allahverdi oğlunun İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Babaşov Zahir Allahverdi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 300 (üç yüz) manat məbləğində inzibati tənbeh tədbiri növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T 38/2024 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətiər-sağ alt göz qapağı nahiyəsinin qançırı, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası-bərk küt əşya (əşyalar) zərbələri təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-xcü il tarixli, 6(012)-38/2024 saylı qərarından görünür ki, X2 vermiş olduğu şikayət təmin edilmiş, Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsihaqqında qərarı ləğv edilmiş, şikayətdə və hazırki qərarda göstərilən xüsustlarala bağlı əlavə araşdırm aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən, Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Babaşov Zahir Allahverdi oğlu tərəfindən törədilmiş əməlin xarakteri, əməli törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halların mövcudluğu araşdırılmamış, sonuncu Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli vəzifəli şəxs Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (maddə.106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmasını (maddə.106.0.5), işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılmasını (maddə.106.0.6) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, araşdırma aparılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Babaşov Zahir Allahverdi oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanması və X6 cinayət məsuliyyətinə cəlb edilməsi üçün materialın aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilməsi hissəsi məhkəmənin səlahiyyətinə aid olmadığından şikayət həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, araşdırma aparılması üçün iş qərarı qəbul etmiş orqana göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1857/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1857/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver