Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1860/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı qərarına əsasən tərəfindən qəbul edilmiş qərarın inzibati xəta tərkibi olmadıından ləğv olunmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, inzibati xəta Abşeron rayonu ərazisində deyil, Bakı-Qazax yolunun 380-ci kilometrliyində baş vermişdir, inzibati qərardan şikayət verilərkən aidiyyat qaydaları da pozulmuşdur. Bundan başqa şikayətçi apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti buraxmaqla apelyasiya şikayəti vermiş və şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət də əlavə etməmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı qərarından şikayət vermə müddəti buraxıldıqdan sonra verildiyinə görə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati qərardan şikayət vermiş şəxs X1 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı qərarından verdiyi şikayəti geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1860/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1860/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver