Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1861/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, X3 Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.2.2- ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat cərimə edilmişdir. **-UG-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ” minik markalı avtonəqliyyat vasitəsi X6 məxsusdur. O, avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixində Abşeron rayon ərazisində hərəkətdə olduğu zaman DYP əməkdaşları ona yaxınlaşaraq avtomobildə konsturuksiya dəyişikliyi olduğu və avtomobilin duracağa təmin olunmalı olduğu bildirilmişlər və onun barəsində İXM 329.1 və 342.2.2-ci maddələri ilə protokol tərtib edilmişdir. O, bunun qanunsuz olduğunu, şəxsinə məxsus nəqliyyat vasitəsində heçbir normativ tələblərin pozulmadığını və kanstruksiya dəyişikliyinin olmadığını bildirmişdir. Lakin, onun etirazlarına məhəl qoyulmamışdır. Dövlət yol polisi əməkdaşları barəsində qərar qəbul edərkən prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 bildirdi ki, X5 26 avqust 2024-cü il tarixdə **-UG-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ” minik markalı avtomobil Abşeron rayonu, Mehdiabad qəsəbəsində hərəkətdə olduğu zaman avtomobildə təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlanılmış və müəyyən edilmişdir ki, qeyd edilən avtomobildə konstruksiya dəyişlikliyi edilərək purjunları dəyişdirilmişdir. Buna görə də, X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərar qanunidir və əsaslıdır, şikayət isə əsassızdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X3 barəsində Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində, saat 14:30 radələrində Mehdiabad qəsəbəsində “BMW 528İ” minik markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrinə əsasən 150 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrinin tələbini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Şikayətinin dəlilləri işə baxılarkən təsdiq olunmadı. Belə ki, Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 bildirdi ki, X5 26 avqust 2024-cü il tarixdə **-UG-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ” minik markalı avtomobil Abşeron rayonu, Mehdiabad qəsəbəsində hərəkətdə olduğu zaman avtomobildə təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlanılmış və müəyyən edilmişdir ki, qeyd edilən avtomobildə konstruksiya dəyişlikliyi edilərək purjunları dəyişdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 329.1-ci maddəsinin dispozisiyasına görə, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Abşeron rayon DYP-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1861/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1861/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver