Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1862/2022 16.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X2 və X1nın etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X4 Abşeron rayonu, Saray kəndində olan 0,8618 ha yaşayış sahəsində qeydi yaşayış tikinti işləri aparılmaqla torpaq sahəsi təyinatından kənar istifadə olunduğundan İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 247.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi X7 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən inzibati qərar verilmişdir ki, guya kənd təsərrüfatı təyinatlı torpaqda fərdi ev tikdiyinə görə 500 manat miqdarında cərimə olunmuşdur. Həmin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində 30 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim edildi. Həmin vaxta qədər mənə cərimə olunmağı barədə nə şifahi, nə də yazılı məlumat verilməyib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi gizlin şəkildə onu cərimələyib. Əgər tikinti faktı var idisə, belə bir faktı aşkarlamışdırlarsa, niyə görə onu idarəyə dəvət etmədən gizli şəkildə barəsində qərar qəbul ediblər?! Bunun səbəbi odur ki, qərar qanunsuzdur, o, öz torpaq sahəmdə heç bir fərdi yaşayış evi tikməmişdir. Qeyd edir ki, onun barəsində hər hansı bir araşdırılma aparılmayıb, aparılıbsa da belə onun iştirakı təmin olunmayıb. Abşeron rayon icra şöbəsində həmin qərarın surəti ona verilsə də, bugünədək həmin protokol rəsmi qaydada verilməmişdir. Qərarla tanış olduqdan sonra hesab edir ki, tam ədalətsiz və qanunsuzdur. Ona görə də ləğv edilməlidir. Ona məxsus torpaq sahəsində isə heç bir tikinti işləri aparılmayıb. Dövlət Əmlak Komitəsi heç bir araşdırma aparmadan yalnışlığa yol verərək başqasına yazılmalı olan cərimə məbləğini onun adına rəsmiləşdiriblər. Görünür ki, Saray qəsəbəsindəki kütləvi torpaq sürüşmələri nəticəsində qonşuluğunda olan tikintinin onun tərəfindən aparıldığını zənn edilib. Belə bir şübhə var idisə belə, o, idarəyə dəvət etməli və ya tikinti işləri aparılan fərdi yaşayış evinə gələrək tikintinin kim tərəfindən aparıldığı araşdırılmalı idi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi heç bir araşdırılma aparılmadan başqası tərəfindən fərdi yaşayış evinin tikilməsinə görə səhvən onu cərimələyiblər. Buna görə də hesab edir ki, qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli saylı qərar ləğv edilməli və ona tətbiq edilmiş cərimə məbləği silinməlidir.Ona görə də həmin qəralar ləğv olunmalıdır. Bu səbəbdən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X6 protokolla eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Abşeron rayonu Novxanı kəndi ərazisində monitorinq keçirilmiş, monitorinq zamanı həmin ərazidə X3 mülkiyyətində olan 0,8612 hektar torpaq sahəsində yaşayış məntəqəsi torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin təyinatına uyğun istifadə olunmaması müəyyən olunmuşdur. Məhkəmədə qərardan şikayət verən X5 tərəfindən verilmiş sənədlərdən görünür ki, ona məxsus torpaq sahəsində heç bir tikili tikilməmidir. İş materiallarında olan 4 saylı Bakı Ərazi dairəsindən vətəndaş S.Xanlarovaya ünvanlanmış məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 3.0 ha torpaq sahəsindən faktiki koordinatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsi tərəfindən verilmiş plan və ölçü sənədinə əsasən düzəliş olunaraq texniki pasportun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə “Daşınmaz Əmlakın Döviət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsi tərəfindən verilmiş plan və ölçü sənədinə əsasən 3,0 ha torpaq sahəsinə dair məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ərazidə torpaq İslahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəricləri arasında yerləşmə və konfiqurasiya fərqləri mövcuddur. Faktiki torpaq sahəsinin bir hissəsi başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst üstə düşür. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsi tərəfindən verilmiş plan və. ölçü sənədi faktiki sahəyə uyğundur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı i! tarixli 818-ci Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahiblərinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan rstəriciiəri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud xan uyğunsuzluq larin aradan qaldırılması təmin ediləcəkdir. İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində protokol tərtib olunan şəxsin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qərar ləğv edilmli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilməlidir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X4 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və yenidən araşdırlması üçün qərarı qəbul etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1862/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1862/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver